https://sputnik.az/20230118/qarabag-klubu-beynelxalq-reytinq-cedvelinde-7-pille-irelileyib-450781330.html
“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində 7 pillə irəliləyib
“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində 7 pillə irəliləyib
Sputnik Azərbaycan
"Neftçi" və "Zirə"nin də reytinq cədvəlindəki mövqeyində irəliləyiş müşahidə olunub. 18.01.2023, Sputnik Azərbaycan
2023-01-18T14:11+0400
2023-01-18T14:11+0400
2023-01-18T14:11+0400
idman
futbol
qarabağ fk
https://cdnn1.img.sputnik.az/img/40743/85/407438521_0:0:2000:1125_1920x0_80_0_0_f49535b08219fc2061d7880d2a86086c.jpg
BAKI, 18 yanvar — Sputnik. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb. 500-dən artıq komandanın yer aldığı siyahıda Azərbaycan 3 klubla təmsil olunub. Hesabında 139 xal olan Ağdamın "Qarabağ" klubu 7 pillə irəliləyərək 78-ci olub. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi, Belçikanın "Gent" klubu 114 xalla 109-cu pillədə qərarlaşıb. "Neftçi" və "Zirə"nin də reytinq cədvəlindəki mövqeyində irəliləyiş müşahidə olunub. "Neftçi" 66,5 xalla 290-cı, "Zirə" isə 50,2 xalla 478-ci yerə yüksəliblər. Reytinq cədvəlinə 299 xalla Braziliyanın "Flamenqo" komandası başçılıq edir. "Palmeyras" (Braziliya) 284 xalla ikinci, İngiltərənin "Liverpul" komandası 273 xalla üçüncü olublar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40743/85/407438521_280:0:1987:1280_1920x0_80_0_0_0e409c919d9718ad07e714929b632afc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
futbol, qarabağ fk
“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində 7 pillə irəliləyib
"Neftçi" və "Zirə"nin də reytinq cədvəlindəki mövqeyində irəliləyiş müşahidə olunub.
BAKI, 18 yanvar — Sputnik. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb. 500-dən artıq komandanın yer aldığı siyahıda Azərbaycan 3 klubla təmsil olunub.
Hesabında 139 xal olan Ağdamın "Qarabağ" klubu 7 pillə irəliləyərək 78-ci olub. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi, Belçikanın "Gent" klubu 114 xalla 109-cu pillədə qərarlaşıb.
"Neftçi" və "Zirə"nin də reytinq cədvəlindəki mövqeyində irəliləyiş müşahidə olunub. "Neftçi" 66,5 xalla 290-cı, "Zirə" isə 50,2 xalla 478-ci yerə yüksəliblər.
Reytinq cədvəlinə 299 xalla Braziliyanın "Flamenqo" komandası başçılıq edir. "Palmeyras" (Braziliya) 284 xalla ikinci, İngiltərənin "Liverpul" komandası 273 xalla üçüncü olublar.