Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın tanınmış MMA döyüşçüsü borcunu ödəməməkdə ittiham olunub

Rafael Fiziyev - Sputnik Azərbaycan, 1920, 17.01.2023
Abunə olmaq
"Phuket Top Team" iddia edir ki, azərbaycanlı idmançının borcunu təsdiq edən bütün lazımi sənədlər var.
BAKI, 17 yanvar — Sputnik. Azərbaycanın tanınmış qarışıq döyüş növləri üzrə (MMA) döyüşçüsü Rafael Fiziyev Tailandda ev kirayəsini ödəməməkdə ittiham olunub.
Fiziyevin keçmiş "Phuket Top Team" məşq komandası onu üç aydır icarə haqqını ödəməməkdə ittiham edib. Sosial şəbəkələrdə yayılan məlumata görə, borcun məbləği 39 min Tay batı və ya 1,2 min dollar (iki min manat) təşkil edir.
Komanda nümayəndələrinin bildirdiyinə görə, Fiziyev icarə haqqı ilə bağlı mübahisə etmir, bir neçə dəfə onu ödəyəcəyinə söz versə də, borcunu hələ də ödəməyib. "Phuket Top Team" həmçinin idmançının borcunu təsdiqləyən bütün lazımi sənədlərin olduğunu iddia edir, lakin onları açıq mənbələrdə dərc etmir.
Qeyd edək ki, Fiziyev Tailandda kifayət qədər vaxt keçirir, burada UFC-də döyüşə hazırlaşmaqla yanaşı, "Tiger Muay Thai" klubunda da məşqçi kimi fəaliyyət göstərir.
Bundan əlavə, azərbaycanlı UFC-də keçmiş çempion Rafael Dos Anyosu məğlub etdiyi son döyüşə görə təxminən 250 min dollar (425 min manat) qazanıb. Beləliklə, Fiziyevin heç bir maddi sıxıntısı yoxdur.
Azərbaycanlı döyüşçü növbəti döyüşünü bu il martın 18-də UFC 286 turniri çərçivəsində Londonda keçirəcək və onun rəqibi isə məşhur amerikalı döyüşçü Castin Qeydji olmalıdır.
Yüngül çəki dərəcəsində Fiziyev hazırda altıncı, Qeydji isə üçüncü yeri tutur.
Xəbər lenti
0