DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Davosa getməyəcək?

© AFP 2024 / MICHEL EULERNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 16.01.2023
Abunə olmaq
Koronavirus pandemiyası ilə əlaqədar iki illik fasilədən sonra Dünya İqtisadi Forumunun sessiyası bu gün İsveçrənin Davos xizək kurortunda açılır.
BAKI, 16 yanvar — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək. Bu barədə "Sputnik Ermənistan"a hökumətdəki mənbə bildirib.
"Belə bir səfər nəzərdə tutulmayıb", - hökumətdən bildiriblər.
Paşinyan forumda yalnız 2019-cu ildə iştirak edib. 2022-ci ildə Ermənistanı prezident təmsil edib.
Koronavirus pandemiyası ilə əlaqədar iki illik fasilədən sonra Dünya İqtisadi Forumunun sessiyası bu gün İsveçrənin Davos xizək kurortunda açılır.
Tədbirdə 50-dən çox dövlət və hökumət başçısı, 19 mərkəzi bank rəhbəri, 30 ticarət naziri və 35 xarici işlər naziri, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatının rəhbərləri iştirak edəcək.
BMT-nin baş katibi, Avropa Komissiyasının rəhbəri, İspaniyanın baş naziri, Polşa və Litva prezidentləri, Almaniya kansleri, Cənubi Koreya, İraq, Azərbaycan prezidentləri, Niderland, Yunanıstan, Gürcüstan, Serbiya və Albaniyanın baş nazirlərinin də iştirakı gözlənilir.
Участники Всемирного экономического форума в Давосе  - Sputnik Azərbaycan, 1920, 16.01.2023
DÜNYA XƏBƏRLƏRİ
“Parçalanmış dünya şəraitində əməkdaşlıq” - Davos forumu bu gün başlayır
Xəbər lenti
0