https://sputnik.az/20230116/parcalanmis-dunya-seraitinde-emekdasliq---davos-forumu-bu-gun-baslayir--450705378.html
“Parçalanmış dünya şəraitində əməkdaşlıq” - Davos forumu bu gün başlayır
“Parçalanmış dünya şəraitində əməkdaşlıq” - Davos forumu bu gün başlayır
Sputnik Azərbaycan
Rusiya nümayəndə heyəti Davos Forumunda iştirak etməyəcək. Belə ki, ötən ilin yazında DİF Ukraynadakı hadisələrə görə sanksiyalara məruz qalan insanlarla... 16.01.2023, Sputnik Azərbaycan
2023-01-16T11:30+0400
2023-01-16T11:30+0400
2023-01-16T11:39+0400
dünya xəbərləri
davos
davos dünya iqtisadi forumu
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1b/442285406_0:83:3345:1964_1920x0_80_0_0_fd99c0ee2afc03e17940b1242c3da13d.jpg
BAKI, 16 yanvar - Sputnik. Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu (DİF) keçiriləcək.Tədbirdə 50-dən çox dövlət və hökumət başçısı, 19 mərkəzi bank rəhbəri, 30 ticarət naziri və 35 xarici işlər naziri, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatının rəhbərləri iştirak edəcək.Ötən əsrin 70-ci illərindən Davos qışda dünya liderlərini, iri şirkətlərin top menecerlərini, siyasi və ictimai xadimləri qəbul edir.2021-ci ildə DİF-in iclası koronavirus pandemiyası səbəbindən onlayn keçirilib. 2022-ci ildə Forum COVID səbəbindən yanvar ayından may ayına ertələnib.Təşkilatçıların qiymətləndirməsinə görə, bu il Davosa rekord sayda iştirakçı - 2,7 mindən çox insan gələcək. Forumun proqramına əsasən, yanvarın 17-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Çin Dövlət Şurasının Baş nazirinin müavini Lü Henin çıxışları gözlənilir. Yanvarın 18-i çərşənbə günü BMT-nin Baş katibi Antoniu Quterreş və Almaniya kansleri Olaf Şolts çıxış edəcəklər. Cənubi Koreya Prezidenti Yun Sok Yol ertəsi gün çıxış edəcək.Davosa Polşa Prezidenti Anjey Duda, NATO-nun Baş katibi Yens Stoltenberq, Serbiya Prezidenti Aleksandr Vuçiç, ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, ÜTT-nin baş direktoru Nqozi Okonco-İveala, həmçinin Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva səfər edəcəklər.Azərbaycandan forumda ölkə başçısı İlham Əliyev iştirak edəcək. Onun çıxışı yanvarın 19-na planlaşdırılır.Rusiya nümayəndə heyəti Davos Forumunda iştirak etməyəcək. Belə ki, ötən ilin yazında DİF Ukraynadakı hadisələrə görə sanksiyalara məruz qalan insanlarla əlaqəni dayandırıb və Rusiyanın nümayəndələri ilə münasibətləri dondurub.Davosda keçirilən Dünya İqtisadi Forumu (World Economic Forum) dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təşkilatdır. Forumun təsisçisi və dəyişməz rəhbəri Cenevrə Universitetinin professoru Klaus Şvabdır. DİF-in builki proqramı özündə dünyanın ən aktual problemlərinin həlli üçün dövlət-özəl sektor tərəfdaşlığına çağırışı ehtiva edir, eyni zamanda dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1b/442285406_306:0:3037:2048_1920x0_80_0_0_31ce281623260f2e111406e0f56b5c61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
davos, davos dünya iqtisadi forumu
davos, davos dünya iqtisadi forumu
“Parçalanmış dünya şəraitində əməkdaşlıq” - Davos forumu bu gün başlayır
11:30 16.01.2023 (Yenilənib: 11:39 16.01.2023) Rusiya nümayəndə heyəti Davos Forumunda iştirak etməyəcək. Belə ki, ötən ilin yazında DİF Ukraynadakı hadisələrə görə sanksiyalara məruz qalan insanlarla əlaqəni dayandırıb və Rusiyanın nümayəndələri ilə münasibətləri dondurub.
BAKI, 16 yanvar - Sputnik. Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu (DİF) keçiriləcək.
Tədbirdə 50-dən çox dövlət və hökumət başçısı, 19 mərkəzi bank rəhbəri, 30 ticarət naziri və 35 xarici işlər naziri, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatının rəhbərləri iştirak edəcək.
Ötən əsrin 70-ci illərindən Davos qışda dünya liderlərini, iri şirkətlərin top menecerlərini, siyasi və ictimai xadimləri qəbul edir.
2021-ci ildə DİF-in iclası koronavirus pandemiyası səbəbindən onlayn keçirilib. 2022-ci ildə Forum COVID səbəbindən yanvar ayından may ayına ertələnib.
Təşkilatçıların qiymətləndirməsinə görə, bu il Davosa rekord sayda iştirakçı - 2,7 mindən çox insan gələcək. Forumun proqramına əsasən, yanvarın 17-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Çin Dövlət Şurasının Baş nazirinin müavini Lü Henin çıxışları gözlənilir. Yanvarın 18-i çərşənbə günü BMT-nin Baş katibi Antoniu Quterreş və Almaniya kansleri Olaf Şolts çıxış edəcəklər. Cənubi Koreya Prezidenti Yun Sok Yol ertəsi gün çıxış edəcək.
Davosa Polşa Prezidenti Anjey Duda, NATO-nun Baş katibi Yens Stoltenberq, Serbiya Prezidenti Aleksandr Vuçiç, ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, ÜTT-nin baş direktoru Nqozi Okonco-İveala, həmçinin Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva səfər edəcəklər.
Azərbaycandan forumda ölkə başçısı İlham Əliyev iştirak edəcək. Onun çıxışı yanvarın 19-na planlaşdırılır.
Rusiya nümayəndə heyəti Davos Forumunda iştirak etməyəcək. Belə ki, ötən ilin yazında DİF Ukraynadakı hadisələrə görə sanksiyalara məruz qalan insanlarla əlaqəni dayandırıb və Rusiyanın nümayəndələri ilə münasibətləri dondurub.
Davosda keçirilən Dünya İqtisadi Forumu (World Economic Forum) dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təşkilatdır. Forumun təsisçisi və dəyişməz rəhbəri Cenevrə Universitetinin professoru Klaus Şvabdır. DİF-in builki proqramı özündə dünyanın ən aktual problemlərinin həlli üçün dövlət-özəl sektor tərəfdaşlığına çağırışı ehtiva edir, eyni zamanda dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır.