Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Əl-Hilal" Lionel Messini transfer edəcək?

© AFP 2023 / PAUL ELLISLionel Messi
Lionel Messi - Sputnik Azərbaycan, 1920, 15.01.2023
Abunə olmaq
Messi Avropa futbolunda oynamağa davam etmək niyyətindədir və Çempionlar Liqası mövsümündə uğur qazanmaq istəyir.
BAKI, 15 yanvar - Sputnik. Argentina millisinin və Fransanın "Paris Sen-Jermen" klubunun hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanından "Əl-Hilal"a keçmək təklifi almayıb. Bu barədə xarici KİV məlumat yayıb.
Messi Avropa futbolunda oynamağa davam etmək niyyətindədir və Çempionlar Liqası mövsümündə uğur qazanmaq istəyir.
Bundan əvvəl Argentina millisinin kapitanının atası və agenti Xorxe Messi oğlunun mümkün transferi ilə bağlı Əl-Hilal ilə danışıqlar apardığı bildirilirdi.
Mənbənin məlumatına görə, Messi “Əl-Hilal” təmsilçiləri ilə mövsüm üçün 300 milyon avroluq razılaşma ilə bağlı danışıqlar aparmaq üçün Ər-Riyada uçub.
Messinin Fransa klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. PSJ müqavilənin uzadılması ilə bağlı fəal danışıqlar aparır.
Argentinalının Fransaya köçməzdən əvvəl oynadığı “Barselona” da oyunçu ilə maraqlanır və onunla mümkün qayıdışla bağlı danışıqlar aparmağı planlaşdırır.
Xəbər lenti
0