Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kriştiano Ronaldo “Qızıl top”larından birini 600 min avroya satıb

© AP Photo / Amr NabilKriştiano Ronaldo
Kriştiano Ronaldo - Sputnik Azərbaycan, 1920, 14.01.2023
Abunə olmaq
BAKI, 14 yanvar - Sputnik. Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo aldığı “Qızıl top” mükafatlardan birini satıb.
Apasport.az saytının məlumatına görə, 38 yaşlı hücumçunun qəniməti yeni sahibini hərracda tapıb.
İsrailli milyarder İdan Ofer bunun üçün 600 min avro ödəyib. Satışdan əldə olunan bütün vəsait “Make-A-Wish” fonduna köçürülüb. Bu fond ağır, ölüm təhlükəli xəstəliyə düçar olan uşaqlara yardım edir.
Qeyd edək ki, Ronaldo üç dəfə “France Football”, iki dəfə FİFA-nın “Qızıl top”unu alıb.
Xəbər lenti
0