https://sputnik.az/20230114/azerbaycanda-stadion-pelenin-serefine-adlandirilacaq-450646014.html
Azərbaycanda stadion Pelenin şərəfinə adlandırılacaq?
Azərbaycanda stadion Pelenin şərəfinə adlandırılacaq?
Sputnik Azərbaycan
FİFA rəhbəri Canni İnfantinonun təşəbbüsünü AFFA-nın vitse-prezidenti və Bakı Olimpiya Stadionunun direktoru şərh edib. 14.01.2023, Sputnik Azərbaycan
2023-01-14T22:38+0400
2023-01-14T22:38+0400
2023-01-14T22:38+0400
pele
idman
bakı olimpiya stadionu
affa
https://cdnn1.img.sputnik.az/img/07e7/01/02/450304960_0:160:3072:1888_1920x0_80_0_0_221a3c3646766bf24a583bce55b7a4f2.jpg
BAKI, 14 yanvar — Sputnik. Azərbaycanda çətin ki, hansısa futbol stadionlarından birinin adı əfsanəvi braziliyalı futbolçu Pelenin şərəfinə adlandırılsın. Bunu Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev Sputnik Azərbaycan-a açıqlamasında deyib. Ötən ilin sonunda Pelenin dəfn mərasimində Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantino FIFA-ya daxil olan hər bir ölkəyə əfsanəvi braziliyalı futbolçunun şərəfinə stadionlardan birinin adını verməyi təklif edib. Üstəlik, ən azı bir dövlət artıq FIFA rəhbərinin təklifinə müsbət cavab verib. Xüsusilə, Kabo-Verdenin baş naziri Jose Ulisseş sosial şəbəkələrdə qeyd edib ki, ölkəsi əsas milli stadionu Pelenin şərəfinə adlandırmaq niyyətindədir. Ancaq başqa ölkələrdə belə canfəşanlıq hələ müşahidə olunmayıb. Məsələn, Rusiya Futbol İttifaqının fəxri Prezidenti Vyaçeslav Koloskov üçqat dünya çempionunun şərəfinə Rusiyada hansı stadionun adının dəyişdirilə biləcəyi sualına cavab verməkdə çətinlik çəkib. "Mərkəzi stadionlarımız artıq adlandırılıb, hansısa ikinci dərəcəli? Məsələn, Soçidə və ya başqa bir şəhərdə? Pele heç vaxt Soçidə olmayıb, ona görə də arenanı onun adı ilə adlandırmaq çətindir. Burada yaxşı düşünmək lazımdır. Mən Rusiyada Stadionun Pelenin adına olmasına qarşı deyiləm, o, bütün dünyada xatırlanmağa layiqdir", - deyə Rusiya mediası Koloskovdan sitat gətrib. Eyni zamanda, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) vitse-prezidenti Vaqif Sadıxov Sputnik Azərbaycan-a müsahibəsində qeyd edib ki, indiyədək FIFA-dan Pelenin şərəfinə yerli futbol stadionlarından hər hansı birinin adının dəyişdirilməsi ilə bağlı rəsmi məktub gəlməyib. Onun sözlərinə görə, Pele futbolun inkişafına böyük töhfə vermiş dahi insan olub, ona görə də onun adı istənilən halda əbədiləşdirilməlidir. Lakin Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev dünyanın hər hansı bir ölkəsində Pele adına stadionun yaranması ehtimalına şübhə ilə yanaşıb. "Pele futbol əfsanəsidir və bunu futbol matçlarının keçirildiyi hər yerdə haminin bilməsi vacibdir, ancaq hər ölkədə onun adını daşıyan arenaların olacağını düşünmürəm", - deyə Qarayev bildirib. BOS direktorunun sözlərinə görə, FIFA rəhbərinin təşəbbüsünün həyata keçirilməməsinin səbəblərindən biri də stadionların müxtəlif sahiblərinin olmasıdır. "Futbol stadionları təkcə yerli milli federasiyalara deyil, klublara, icra hakimiyyətlərinə və s. məxsusdur. Məsələn, klublar stadionlarının Pelenin şərəfinə adlandırılmasını istəməyə bilər və bu, onların qanuni hüququdur", - deyə Qarayev vurğulayıb. O qeyd edib ki, Pelenin şərəfinə futbol akademiyalarının yaradılması daha real görünür. "Hesab edirəm ki, təkcə Bakı Olimpiya Stadionu deyil, dünyanın əksər stadionları da Pelenin şərəfinə hazırkı adı dəyişməyəcəklər. Ola bilsin ki, yeni arenalar və ya futbol akademiyaları əfsanəvi braziliyalının adını daşıya bilər. Ancaq indiki vəziyyətdə BOS kimi mövcud olan stadionların adının dəyişdirilməsi mənə real görünmür", - deyə Qarayev fikrini yekunlaşdırıb. Qeyd edək ki, Azərbaycanda 35-ə yaxın futbol stadionu var. Onların da əksəriyyəti 10 mindən az tamaşaçı tutumuna malikdir. Onlardan ən böyüyü: BOS (69 mindən çox tamaşaçı), Tofiq Bəhramov adına Respublika stadionu (31 min), Gəncə şəhər stadionu (26 min), Mehdi Hüseynzadə adına stadion (Sumqayıt, 15,3 min), "Baksel Arena" (Bakı, 15 min), Naxçıvan Mərkəzi Şəhər Stadionu (15 min), Naxçıvan Şəhər Stadionudur (10 min).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/02/450304960_171:0:2902:2048_1920x0_80_0_0_0d7f70d651b42345ce227c1996fd312e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pele, bakı olimpiya stadionu, affa
pele, bakı olimpiya stadionu, affa
Azərbaycanda stadion Pelenin şərəfinə adlandırılacaq?
FİFA rəhbəri Canni İnfantinonun təşəbbüsünü AFFA-nın vitse-prezidenti və Bakı Olimpiya Stadionunun direktoru şərh edib.
BAKI, 14 yanvar — Sputnik. Azərbaycanda çətin ki, hansısa futbol stadionlarından birinin adı əfsanəvi braziliyalı futbolçu Pelenin şərəfinə adlandırılsın. Bunu Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Ötən ilin sonunda Pelenin dəfn mərasimində Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantino FIFA-ya daxil olan hər bir ölkəyə əfsanəvi braziliyalı futbolçunun şərəfinə stadionlardan birinin adını verməyi təklif edib.
Üstəlik, ən azı bir dövlət artıq FIFA rəhbərinin təklifinə müsbət cavab verib. Xüsusilə, Kabo-Verdenin baş naziri Jose Ulisseş sosial şəbəkələrdə qeyd edib ki, ölkəsi əsas milli stadionu Pelenin şərəfinə adlandırmaq niyyətindədir.
Ancaq başqa ölkələrdə belə canfəşanlıq hələ müşahidə olunmayıb. Məsələn, Rusiya Futbol İttifaqının fəxri Prezidenti Vyaçeslav Koloskov üçqat dünya çempionunun şərəfinə Rusiyada hansı stadionun adının dəyişdirilə biləcəyi sualına cavab verməkdə çətinlik çəkib.
"Mərkəzi stadionlarımız artıq adlandırılıb, hansısa ikinci dərəcəli? Məsələn, Soçidə və ya başqa bir şəhərdə? Pele heç vaxt Soçidə olmayıb, ona görə də arenanı onun adı ilə adlandırmaq çətindir. Burada yaxşı düşünmək lazımdır. Mən Rusiyada Stadionun Pelenin adına olmasına qarşı deyiləm, o, bütün dünyada xatırlanmağa layiqdir", - deyə Rusiya mediası Koloskovdan sitat gətrib.
Eyni zamanda, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) vitse-prezidenti Vaqif Sadıxov Sputnik Azərbaycan-a müsahibəsində qeyd edib ki, indiyədək FIFA-dan Pelenin şərəfinə yerli futbol stadionlarından hər hansı birinin adının dəyişdirilməsi ilə bağlı rəsmi məktub gəlməyib.
Onun sözlərinə görə, Pele futbolun inkişafına böyük töhfə vermiş dahi insan olub, ona görə də onun adı istənilən halda əbədiləşdirilməlidir.
Lakin Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev dünyanın hər hansı bir ölkəsində Pele adına stadionun yaranması ehtimalına şübhə ilə yanaşıb.
"Pele futbol əfsanəsidir və bunu futbol matçlarının keçirildiyi hər yerdə haminin bilməsi vacibdir, ancaq hər ölkədə onun adını daşıyan arenaların olacağını düşünmürəm", - deyə Qarayev bildirib.
BOS direktorunun sözlərinə görə, FIFA rəhbərinin təşəbbüsünün həyata keçirilməməsinin səbəblərindən biri də stadionların müxtəlif sahiblərinin olmasıdır.
"Futbol stadionları təkcə yerli milli federasiyalara deyil, klublara, icra hakimiyyətlərinə və s. məxsusdur. Məsələn, klublar stadionlarının Pelenin şərəfinə adlandırılmasını istəməyə bilər və bu, onların qanuni hüququdur", - deyə Qarayev vurğulayıb.
O qeyd edib ki, Pelenin şərəfinə futbol akademiyalarının yaradılması daha real görünür.
"Hesab edirəm ki, təkcə Bakı Olimpiya Stadionu deyil, dünyanın əksər stadionları da Pelenin şərəfinə hazırkı adı dəyişməyəcəklər. Ola bilsin ki, yeni arenalar və ya futbol akademiyaları əfsanəvi braziliyalının adını daşıya bilər. Ancaq indiki vəziyyətdə BOS kimi mövcud olan stadionların adının dəyişdirilməsi mənə real görünmür", - deyə Qarayev fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycanda 35-ə yaxın futbol stadionu var. Onların da əksəriyyəti 10 mindən az tamaşaçı tutumuna malikdir. Onlardan ən böyüyü: BOS (69 mindən çox tamaşaçı), Tofiq Bəhramov adına Respublika stadionu (31 min), Gəncə şəhər stadionu (26 min), Mehdi Hüseynzadə adına stadion (Sumqayıt, 15,3 min), "Baksel Arena" (Bakı, 15 min), Naxçıvan Mərkəzi Şəhər Stadionu (15 min), Naxçıvan Şəhər Stadionudur (10 min).