Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

© Photo : Facebook / Qarabağ FK Adama Diakabi
Adama Diakabi - Sputnik Azərbaycan, 1920, 13.01.2023
Abunə olmaq
"Qarabağ" 6 aydır ki, forma geyməyən Seneqal əsilli fransalı futbolçu ilə müqavilə imzalayıb.
BAKI, 13 yanvar — Sputnik. "Qarabağ" futbol klubu Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.
26 yaşlı futbolçu Fransanın "Kann", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib. O, həmçinin Fransanın U-21 millisinin şərəfini qoruyub.
Xatırladaq ki, “Kann”ın yetirməsi olan 26 yaşlı oyunçu peşəkar futbola “Renn”də başlayıb. O, 2017-ci ildə “Monako”ya 10 milyon avroya satılıb. Bir il sonra “Haddersfild”ə, 2020-ci ildə “Nottingem Forest”ə transfer olunub. 2022-ci ildə isə “Amyen”ə icarəyə verilib. O, 2022-ci iyulundan heç bir klubda forma geyməyib. (APA)
Xəbər lenti
0