Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Messi və Ronaldo ilə görüş üçün təklif olunan biletin qiyməti açıqlandı

© AFP 2023 / BEN STANSALLLionel Messi və Kriştianu Ronaldu
Lionel Messi və Kriştianu Ronaldu - Sputnik Azərbaycan, 1920, 13.01.2023
Abunə olmaq
Yanvarın 19-da Səudiyyə Ərəbistanının paytaxtında baş tutacaq görüş üçün hərrac 2,5 milyon avrodan yuxarı məbləğlə başlayıb.
BAKI, 13 yanvar — Sputnik. Ər-Riyadda "Əl-Nəsr" və "Əl-İttihad" klublarının futbolçularından təşkil olunacaq komandanın Fransanın PSJ klubu ilə yoldaşlıq oyununa xüsusi biletin ilkin qiyməti açıqlanıb.
Belə ki, yanvarın 19-da Səudiyyə Ərəbistanının paytaxtında baş tutacaq görüş üçün hərrac 2,5 milyon avrodan yuxarı məbləğlə başlayıb.
Superulduzlar - Kriştiano Ronaldo və Lionel Messinin də iştirakı gözlənilən matçın biletini əldə etmək istəyən bir azarkeş artıq verə biləcəyi məbləği təklif edib. Səudiyyə Ərəbistanından olan iş adamı Müşrif Əl Qamdi bunun üçün 2,66 milyon avrosundan keçməyə hazır olduğunu bildirib. Hərrac yanvarın 17-də başa çatacaq.
Xüsusi biletə sahib olacaq azarkeş yoldaşlıq oyunundan sonra mükafatlandırma mərasimində iştirak etmək, soyunub-geyinmə otağına daxil olaraq hər iki ulduzla görüşmək imkanı əldə edəcək. (APA)
Xəbər lenti
0