https://sputnik.az/20230112/gelen-il-neftin-qiymeti-niye-azalacaq-qara-gunler-barede-proqnoz-450542568.html
Gələn il neftin qiyməti niyə azalacaq? Qara günlər barədə proqnoz
Gələn il neftin qiyməti niyə azalacaq? Qara günlər barədə proqnoz
Sputnik Azərbaycan
Gələn il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,2 mln. barel səviyyəsində olacaq. 12.01.2023, Sputnik Azərbaycan
2023-01-12T09:30+0400
2023-01-12T09:30+0400
2023-01-11T22:59+0400
neft
neft-qaz
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440811777_0:0:3073:1728_1920x0_80_0_0_62b4186e27b5161b3cc2e675a457dc4c.jpg
BAKI, 12 yanvar — Sputnik. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-cü ildə "Brent" markalı neftin bir barelinin qiymətinin 77,57 dollar səviyyəsində olacağını proqnozlaşdırıb. Sputnik Azərbaycan EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, "WTI" markalı xam neftin bir barelinin qiyməti isə 2024-cü ildə 71,57 dollar olacağı gözlənilir. Bununla yanaşı, EIA bu il üçün neftin qiyməti üzrə proqnozunu 10 faiz endirib. Qurumun hesablamalarına əsasən, 2023-cü ildə "Brent" neftinin qiyməti bir barel üçün 9,26 dollar azaldılaraq 92,36 dollardan 83,1 dollara endiriləcəyi ehtimal olunur. Proqnoza əsasən, "WTI" markalı neftin ortalama qiyməti cari ildə 77,18 dollar səviyyəsində olacaq, bu da öncəki proqnoz göstəricisindən 9,18 dollar azdır. Hesabatda qeyd olunur ki, ötən il "Brent"in ortalama qiyməti 100,94 dollar (öncəki proqnoz 101,48 dollar), "WTI"ın isə 94,91 dollar (öncəki proqnoz 95,22 dollar) təşkil edib. Hesabata görə gələn il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,2 mln. barel səviyyəsində olacaq. Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 100,48 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0,34 mln. barel azdır. 2022-ci ilin göstəricisi ilə müqayisədə 2023-cü ildə qlobal tələbat üzrə artım 1,05 mln. barel təşkil edəcək.Qeyd edək ki, ABŞ-da xam neft ehtiyatlarının artması "qara qızıl"ın qiymətini ucuzlaşdırıb. ABŞ-ın Neft İnstitutu ötən həftə neft ehtiyatlarının 14,87 milyon barel artdığını açıqlayıb.Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasətini nə qədər yumşaldacağına dair qeyri-müəyyənlik neft qiymətlərinə təsir edir. FED-in sərt mövqeyini davam etdirəcəyi təqdirdə ABŞ iqtisadiyyatının ilin ikinci yarısında resessiyaya girəcəyi ilə bağlı qiymətləndirmələr neft tələbi üzərində təzyiq yaradır.Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dollarından götürülüb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://sputnik.az/20230111/abs-in-gunahi-uzunden-neft-ucuzlasib-450541748.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440811777_136:0:2867:2048_1920x0_80_0_0_1384e2ed0919cb76f4bd04c9e3115f29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft
Gələn il neftin qiyməti niyə azalacaq? Qara günlər barədə proqnoz
Gələn il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,2 mln. barel səviyyəsində olacaq.
BAKI, 12 yanvar — Sputnik. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-cü ildə "Brent" markalı neftin bir barelinin qiymətinin 77,57 dollar səviyyəsində olacağını proqnozlaşdırıb.
Sputnik Azərbaycan EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, "WTI" markalı xam neftin bir barelinin qiyməti isə 2024-cü ildə 71,57 dollar olacağı gözlənilir.
Bununla yanaşı, EIA bu il üçün neftin qiyməti üzrə proqnozunu 10 faiz endirib. Qurumun hesablamalarına əsasən, 2023-cü ildə "Brent" neftinin qiyməti bir barel üçün 9,26 dollar azaldılaraq 92,36 dollardan 83,1 dollara endiriləcəyi ehtimal olunur. Proqnoza əsasən, "WTI" markalı neftin ortalama qiyməti cari ildə 77,18 dollar səviyyəsində olacaq, bu da öncəki proqnoz göstəricisindən 9,18 dollar azdır.
Hesabatda qeyd olunur ki, ötən il "Brent"in ortalama qiyməti 100,94 dollar (öncəki proqnoz 101,48 dollar), "WTI"ın isə 94,91 dollar (öncəki proqnoz 95,22 dollar) təşkil edib.
Hesabata görə gələn il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,2 mln. barel səviyyəsində olacaq.
Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 100,48 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0,34 mln. barel azdır. 2022-ci ilin göstəricisi ilə müqayisədə 2023-cü ildə qlobal tələbat üzrə artım 1,05 mln. barel təşkil edəcək.
Qeyd edək ki, ABŞ-da xam neft ehtiyatlarının artması "qara qızıl"ın qiymətini ucuzlaşdırıb. ABŞ-ın Neft İnstitutu ötən həftə neft ehtiyatlarının 14,87 milyon barel artdığını açıqlayıb.
Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasətini nə qədər yumşaldacağına dair qeyri-müəyyənlik neft qiymətlərinə təsir edir. FED-in sərt mövqeyini davam etdirəcəyi təqdirdə ABŞ iqtisadiyyatının ilin ikinci yarısında resessiyaya girəcəyi ilə bağlı qiymətləndirmələr neft tələbi üzərində təzyiq yaradır.
Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.