https://sputnik.az/20230111/abs-in-gunahi-uzunden-neft-ucuzlasib-450541748.html
ABŞ-ın "günahı" üzündən neft ucuzlaşıb
ABŞ-ın "günahı" üzündən neft ucuzlaşıb
Sputnik Azərbaycan
ABŞ-da xam neft ehtiyatlarının artması "qara qızıl"ın qiymətini ucuzlaşdırıb. 11.01.2023, Sputnik Azərbaycan
2023-01-11T12:35+0400
2023-01-11T12:35+0400
2023-01-11T12:35+0400
neft
neft-qaz
abş
azeri light markalı neft
"azeri light"
"azerilight" markalı neft
"brent" markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299051_0:0:3488:1963_1920x0_80_0_0_4774598b94f92cf14db34477489aee3e.jpg
BAKI, 11 yanvar — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,64 dollar azalaraq 79,46 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,69 dollar ucuzlaşaraq 74,43 dollar olub. Azərbaycan neftinin qiyməti isə 0,2 dollar artaraq 84,83 dollar olub. Qeyd edək ki, ABŞ-da xam neft ehtiyatlarının artması "qara qızıl"ın qiymətini ucuzlaşdırıb. ABŞ-ın Neft İnstitutu ötən həftə neft ehtiyatlarının 14,87 milyon barel artdığını açıqlayıb. Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasətini nə qədər yumşaldacağına dair qeyri-müəyyənlik neft qiymətlərinə təsir edir. FED-in sərt mövqeyini davam etdirəcəyi təqdirdə ABŞ iqtisadiyyatının ilin ikinci yarısında resessiyaya girəcəyi ilə bağlı qiymətləndirmələr neft tələbi üzərində təzyiq yaradır. Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dollarından götürülüb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299051_757:0:3488:2048_1920x0_80_0_0_4475b9f759c4b01f33641d6fb56c9000.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, abş, azeri light markalı neft, "azeri light", "azerilight" markalı neft, "brent" markalı neft
neft, abş, azeri light markalı neft, "azeri light", "azerilight" markalı neft, "brent" markalı neft
ABŞ-ın "günahı" üzündən neft ucuzlaşıb
ABŞ-da xam neft ehtiyatlarının artması "qara qızıl"ın qiymətini ucuzlaşdırıb.
BAKI, 11 yanvar — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,64 dollar azalaraq 79,46 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,69 dollar ucuzlaşaraq 74,43 dollar olub.
Azərbaycan neftinin qiyməti isə 0,2 dollar artaraq 84,83 dollar olub.
Qeyd edək ki, ABŞ-da xam neft ehtiyatlarının artması "qara qızıl"ın qiymətini ucuzlaşdırıb. ABŞ-ın Neft İnstitutu ötən həftə neft ehtiyatlarının 14,87 milyon barel artdığını açıqlayıb.
Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasətini nə qədər yumşaldacağına dair qeyri-müəyyənlik neft qiymətlərinə təsir edir. FED-in sərt mövqeyini davam etdirəcəyi təqdirdə ABŞ iqtisadiyyatının ilin ikinci yarısında resessiyaya girəcəyi ilə bağlı qiymətləndirmələr neft tələbi üzərində təzyiq yaradır.
Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.