Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib

© AFP 2023 / ROBERT MICHAELUEFA loqosu
UEFA loqosu - Sputnik Azərbaycan, 1920, 10.01.2023
Abunə olmaq
Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya futbol millisini, eləcə də Rusiya klublarını bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırıb.
BAKI, 10 yanvar - Sputnik. Rusiya Futbol İttifaqı Yeni il öncəsi Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) illik üzvlük haqqını ödəyib.
“Report” xəbər verir ki, bu barədə “RB Sport” məlumat yayıb.
Portalın məlumatına görə, yanvarın 1-dək Rusiya Futbol İttifaqı UEFA-nın üzvü kimi 2023-cü ildə qurumda qalması üçün ödəniş etməli idi. Yeni ildən əvvəl ittifaq Avropa təşkilatına 250 İsveçrə frankı köçürüb.
Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya futbol millisini, eləcə də Rusiya klublarını bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırıb.
Aleksander Çeferin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.01.2023
İDMAN
Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək
Xəbər lenti
0