SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan: "Ermənistan sülh saziş bağlamağa hazırdır"

© AFP 2024 / DMITRY ASTAKHOVNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 10.01.2023
Abunə olmaq
Baş nazir vurğulayıb ki, sülh müqaviləsinin hazır mətni yoxdur, əks halda, hökumətlər bu barədə məlumatlandırılardı.
BAKI, 10 yanvar — Sputnik. Ermənistan sülh sazişi bağlamağa hazırdır və bunun üçün əlindən gələni edəcək. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında Sputnik Ermənistan-ın müxbirinin sualını cavablandırarkən bildirib.
Eyni zamanda, Baş nazir vurğulayıb ki, sülh müqaviləsinin hazır mətni yoxdur, əks halda, hökumətlər bu barədə məlumatlandırılardı:
"Zaman-zaman fikirlər səslənir ki, deyirlər, Ermənistan hökuməti sənəd imzalamaq niyyətindədir. Əslində, bu, yaxşı xəbər olardı, çünki bu, tərəflərin balanslaşdırılmış mövqeyə gələ bildiyini göstərmiş olacaqdı. İndi problem təkcə sənədin məzmununda deyil, həm də bu məzmunun həyata keçirilməsinin təmin edilməsi mexanizmindədir".
Hökumət başçısının sözlərinə görə, o, sülh müqaviləsinin bu gün hazır olmasını çox istərdi, amma sənəd yoxdur, bu da çox pisdir.
Ermənistanın baş naziri qeyd edib ki, problemi təkcə sənəd imzalamaqla həll etmək mümkün deyil.
"Problem təkcə sülh müqaviləsinin imzalanmasında deyil, həm də onun həyata keçirilməsindədir. Müqavilə imzalaya bilərsiniz və bir müddət sonra hərbi eskalasiya baş verə bilər. Məsələ burasındadır ki, sənədin imzalanması sülhə gətirib çıxaracaqmı?! Mətn mükəmməl olmayacaq, lakin o, Ermənistanın balanslaşdırılmış maraqlarına cavab verə bilər", - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, vaxtilə Ermənistanda çoxları 9 noyabr üçtərəfli bəyanatını yandırmaq istəyirdi, indi isə onlar bu sənədə istinad edərək Laçın dəhlizinin fəaliyyət göstərməsinin zəruriliyindən danışırlar.
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 10.01.2023
SİYASƏT
Tərəfdaşlarla ultimativ dildə danışmaq olmaz - Paşinyan
Xəbər lenti
0