SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tərəfdaşlarla ultimativ dildə danışmaq olmaz - Paşinyan

© AFP 2024 / YEVGENY BIYATOVNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 10.01.2023
Abunə olmaq
Paşinyan qeyd edib ki, Laçın dəhlizinin normal fəaliyyəti Rusiya sülhməramlı kontingenti tərəfindən təmin edilməlidir.
BAKI, 10 yanvar — Sputnik. İrəvan tərəfdaşlarla ultimatum dili ilə danışmamalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında yanvarın 10-dək Laçın dəhlizinin açılmadığı təqdirdə İrəvanın guya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və MDB-dən çıxmağa hazır olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
"Düşünmürəm ki, biz tərəfdaşlarımızla ultimatum dili ilə danışmalıyıq. Biz hazırkı vəziyyətlə bağlı nə istədiyimizi artıq açıq şəkildə bəyan etmişik və əlavə edəcəyimiz heç nə yoxdur. Laçın dəhlizinin bağlanması faktının özünə ictimai qiymət verilib", - Paşinyan qeyd edib.
Paşinyan iddia edib ki, diplomatik mexanizmlərdən istifadə etməklə dəhlizin açılması üçün Azərbaycana beynəlxalq təzyiq göstərmək lazımdır.
"Həmçinin diqqətinizə çatdırmaq istəyirəm ki, 9 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndinə əsasən, Laçın dəhlizi məsələsi ilə bağlı hüquqi öhdəliklər Azərbaycan və Rusiyanın üzərinə düşür", - Baş nazir bildirib.
O əlavə edib ki, bu bənddə Ermənistanla bağlı heç bir ifadə yoxdur.
Paşinyan hesab edir ki, İrəvanın bununla bağlı hərəkətləri qanuni olmalıdır.
Ermənistan Baş nazirinin sözlərinə görə, məsələ BMT Təhlükəsizlik Şurası çərçivəsində qaldırılıb. Laçın dəhlizinin normal fəaliyyəti Rusiya sülhməramlı kontingenti tərəfindən təmin edilməlidir.
Paşinyan qeyd edib ki, Azərbaycan sülhməramlıların mandatını təsdiq etməsə də, Ermənistan və Rusiya Müdafiə nazirliklərinin rəhbərləri bu mandatı imzalayıblar. Orada mandatın yalnız hər üç tərəfin imzalamasından sonra qüvvəyə minməsi qeyd olunmur.
"Bu sənəd üçtərəfli bəyanatın davamı kimi mövcuddur, onu iki ölkənin nazirləri imzalayıblar. Laçın dəhlizi Rusiya Federasiyası sülhməramlılarının nəzarətində olmalıdır", - Paşinyan bildirib.
Baş nazir xatırladıb ki, 2022-ci ildə İrəvan sülhməramlıların nəzarətində olan ərazilərə 170 milyard dramdan (730 milyon manat-red.) çox məbləğdə yardım edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 30 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Xəbər lenti
0