CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB: Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 09.01.2023
Abunə olmaq
Bakı şəhərindəki relyefi çətin ərazilərdə xidmət göstərmək üçün 6 ədəd sanitar avtomobil ( 2- Pajero, 2-UAZ, 2 ədəd- 4•4 Mersedes VİTO) hazır vəziyyətə gətirilib
BAKI, 9 yanvar — Sputnik. Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejiminə keçib.
TƏBİB-dən bildirilib ki, sürüşkən buzlu yollarda rahat hərəkət məqsədilə avtomobillərə zəncirlər paylanılıb.
Bakı şəhərindəki relyefi çətin ərazilərdə xidmət göstərmək üçün 6 ədəd sanitar avtomobil ( 2- Pajero, 2-UAZ, 2 ədəd- 4•4 Mersedes VİTO) hazır vəziyyətə gətirilib.
Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.
Qəza - Sputnik Azərbaycan, 1920, 09.01.2023
HADİSƏ
Qarlı hava şəraiti bir sıra qəzalara yol açıb
Xəbər lenti
0