https://sputnik.az/20230109/qarli-hava-seraiti-bir-sira-qezalara-yol-acib-450465076.html
Qarlı hava şəraiti bir sıra qəzalara yol açıb
Qarlı hava şəraiti bir sıra qəzalara yol açıb
Sputnik Azərbaycan
Son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 nəqliyyat hadisəsi olub 09.01.2023, Sputnik Azərbaycan
2023-01-09T11:31+0400
2023-01-09T11:31+0400
2023-01-09T12:02+0400
hadisə
qəza
qar
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221160_0:105:2000:1230_1920x0_80_0_0_af29c53aaa39015c52c2b372942965be.jpg
BAKI, 9 yanvar — Sputnik. Qarlı hava şəraiti bir sıra qəzalara yol açıb. Belə ki, Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Gəncə-Şəmkir magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" ilə "VAZ" minik avtomobili toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Salyanda isə iki "Kamaz" markalı maşının toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Kamaz" markalı yük maşını qarşıda gedən unla dolu eyni adlı yük maşınının qoşqusuna, sonra isə beton maneəyə çırpılıb. Hadisə zamanı qoşqu aşıb, un kisələri yola tökülüb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzada xəsarət alan sürücü hazırda komadadır. Qeyd edək ki, Quba, Qusar və Xaçmazda 35 qəza olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib. Xaçmazda 13 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib. Qubada 15 nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib.
https://sputnik.az/20230109/baki-ag-dona-ve-problemlere-burundu-450463605.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221160_110:0:1890:1335_1920x0_80_0_0_c5291f38d433320085c465b7ccc5f9dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəza, qar
Qarlı hava şəraiti bir sıra qəzalara yol açıb
11:31 09.01.2023 (Yenilənib: 12:02 09.01.2023) Son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 nəqliyyat hadisəsi olub
BAKI, 9 yanvar — Sputnik. Qarlı hava şəraiti bir sıra qəzalara yol açıb. Belə ki, Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Gəncə-Şəmkir magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" ilə "VAZ" minik avtomobili toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Salyanda isə iki "Kamaz" markalı maşının toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Kamaz" markalı yük maşını qarşıda gedən unla dolu eyni adlı yük maşınının qoşqusuna, sonra isə beton maneəyə çırpılıb. Hadisə zamanı qoşqu aşıb, un kisələri yola tökülüb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzada xəsarət alan sürücü hazırda komadadır.
Qeyd edək ki, Quba, Qusar və Xaçmazda 35 qəza olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib. Xaçmazda 13 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib.
Qubada 15 nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib.