https://sputnik.az/20230109/baki-ag-dona-ve-problemlere-burundu-450463605.html
Bakı ağ dona və problemlərə büründü
Bakı ağ dona və problemlərə büründü
Sputnik Azərbaycan
Bakı-Rusiya yolunun buz bağlaması bu yolda onlarla qəzaya səbəb olub. 09.01.2023, Sputnik Azərbaycan
2023-01-09T11:19+0400
2023-01-09T11:19+0400
2023-01-09T11:20+0400
qar
cəmiyyət
yol
anar nəcəfli
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437024321_0:159:3078:1890_1920x0_80_0_0_f96b2f372c4582940f605c90d72e03c4.jpg
BAKI, 9 yanvar — Sputnik. Hələ payız mövsümündən qışa hazır olduqlarını, duz-qum ehtiyatı gördüklərini bəyan edən Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin heç bir fəaliyyəti hiss olunmur. Bakı-Rusiya yolunun buz bağlaması bu yolda onlarla qəzaya səbəb olub. Bu saatlarda isə Sumqayıt-Bakı istiqaməti üzrə sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Son məlumata görə, bu yolda ondan çox qəza baş verib. Bakı-Quba yolunda da avtomobillərin hərəkəti yolların buz bağlaması üzündən iflic olub. Qış qarajının tam hazır olduğunu qış gəlməmiş bəyan edən bu qurumların qartəmizləyən maşınları da yollarda gözə dəymir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı-Rusiya yolu qardan təmizlənib, yola duz-qum səpilib. Sumqayıtdan Bakıya və əks istiqamətə hərəkət edən avtomobillərin yolda hərəkətinin iflic olmasına gəlincə, Nəcəfli bildirib ki, səbəb avtomobillərin mövcud hava şəraitinə uyğun şinlərlə təchiz edilməməsidir: ”Sumqayıt yolu, Mehdiabad istiqamətində yollar, eləcə də Bakı-Quba yolu qardan təmizlənib. Yollara duz səpilib. Sadəcə olaraq avtomobillər yay şinləri ilə yola çıxırlar. Bu da qəzaları qaçılmaz edir”.
https://sputnik.az/20230109/fhn-ehalini-ehtiyatli-olmaga-cagirib-450462768.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437024321_174:0:2905:2048_1920x0_80_0_0_6344e2654ba45093b97c262cf62a1358.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qar, yol, anar nəcəfli
Bakı ağ dona və problemlərə büründü
11:19 09.01.2023 (Yenilənib: 11:20 09.01.2023) Bakı-Rusiya yolunun buz bağlaması bu yolda onlarla qəzaya səbəb olub.
BAKI, 9 yanvar — Sputnik. Hələ payız mövsümündən qışa hazır olduqlarını, duz-qum ehtiyatı gördüklərini bəyan edən Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin heç bir fəaliyyəti hiss olunmur.
Bakı-Rusiya yolunun buz bağlaması bu yolda onlarla qəzaya səbəb olub. Bu saatlarda isə Sumqayıt-Bakı istiqaməti üzrə sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Son məlumata görə, bu yolda ondan çox qəza baş verib. Bakı-Quba yolunda da avtomobillərin hərəkəti yolların buz bağlaması üzündən iflic olub. Qış qarajının tam hazır olduğunu qış gəlməmiş bəyan edən bu qurumların qartəmizləyən maşınları da yollarda gözə dəymir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı-Rusiya yolu qardan təmizlənib, yola duz-qum səpilib. Sumqayıtdan Bakıya və əks istiqamətə hərəkət edən avtomobillərin yolda hərəkətinin iflic olmasına gəlincə, Nəcəfli bildirib ki, səbəb avtomobillərin mövcud hava şəraitinə uyğun şinlərlə təchiz edilməməsidir: ”Sumqayıt yolu, Mehdiabad istiqamətində yollar, eləcə də Bakı-Quba yolu qardan təmizlənib. Yollara duz səpilib. Sadəcə olaraq avtomobillər yay şinləri ilə yola çıxırlar. Bu da qəzaları qaçılmaz edir”.