Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan şahmatçısı beynəlxalq turnirin qalibi olub

© Photo : AZƏRTACAzərbaycan şahmatçısı Günay Məmmədzadə
Azərbaycan şahmatçısı Günay Məmmədzadə - Sputnik Azərbaycan, 1920, 08.01.2023
Abunə olmaq
Çində keçirilən yarışmada 8,5 xal toplayan Günay Məmmədzadə yeni ildə ilk qızıl medalını qazanıb.
BAKI, 8 yanvar - Sputnik. Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində keçirilən “The Belt and Road 2023 to World Chess Woman’s Summit” beynəlxalq turnirinin qalibi olub. Bu barədə Azərbaycan Şahmat Federasiyası xəbər yayıb.
On bir turdan sonra 8,5 xal toplayan Günay Məmmədzadə yeni ildə iştirak etdiyi ilk turnirdə qızıl medala layiq görülüb.
Eyni xala malik Bibisara Assaubayeva (Qazaxıstan) əlavə göstəricilərə görə yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, turnirdə yeddi ölkədən 12 şahmatçı iştirak edib.
Xəbər lenti
0