https://sputnik.az/20230107/2023-cu-ilin-ilk-idman-tedbiri-baki-bulvarinda--xezer-denizinde-teskil-edilib-450437003.html
2023-cü ilin ilk idman tədbiri Bakı bulvarında – Xəzər dənizində təşkil edilib
2023-cü ilin ilk idman tədbiri Bakı bulvarında – Xəzər dənizində təşkil edilib
Sputnik Azərbaycan
İdmançılar 1, 2 və 4 nəfərlik akademik, həmçinin 1 və 2 nəfərlik kayak qayıqlarında yürüşlər ediblər. 07.01.2023, Sputnik Azərbaycan
2023-01-07T18:26+0400
2023-01-07T18:26+0400
2023-01-07T18:42+0400
idman
kanoe
avarçəkmə
avarçəkmə federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e7/01/07/450437161_0:26:851:504_1920x0_80_0_0_8401d93e70c7c1eec1e95c8a8f6f57b5.jpg
BAKI, 7 yanvar - Sputnik. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 2023-cü ilin ilk idman tədbirini Bakı bulvarında – Xəzər dənizində təşkil edib.Federasiyanın yaydığı məlumata görə, turniri yerli sakinlərlə yanaşı gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasilyeva da izləyiblər.İdmançılar 1, 2 və 4 nəfərlik akademik, həmçinin 1 və 2 nəfərlik kayak qayıqlarında yürüşlər ediblər.Ziya Məmmədzadə, Bəhmən Nəsiri kimi yığma komandamızın titullu idmançılarının da iştirak etdiyi yarışda ümumilikdə Mingəçevirdən və Bakıdan olan 49 avarçəkən 8 dəst medal uğrunda mübarizə aparıb. Turnirin qalibləri diplomla mükafatlandırılıblar.Tədbir zamanı həmçinin Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yaxın zamanda səyyar görüşlərə start verəcəyi və bu görüşlərə Bakıdan başlanacağı haqda məlumat diqqətə çatdırılıb.Bildirilib ki, paytaxtda sakinlərlə baş tutacaq ilk səyyar görüşün dəqiq tarixi və məkanı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Bu cür səyyar görüşlər Azərbaycanın bütün bölgələri üçün nəzərdə tutulub. Burada əsas məqsəd ölkə ərazisində avarçəkmənin populyarlaşdırılması və kütləviliyin təmin olunmasıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/07/450437161_71:0:778:530_1920x0_80_0_0_0eed86be291b6d3ed7ab47b5669ef345.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kanoe, avarçəkmə, avarçəkmə federasiyası
kanoe, avarçəkmə, avarçəkmə federasiyası
2023-cü ilin ilk idman tədbiri Bakı bulvarında – Xəzər dənizində təşkil edilib
18:26 07.01.2023 (Yenilənib: 18:42 07.01.2023) İdmançılar 1, 2 və 4 nəfərlik akademik, həmçinin 1 və 2 nəfərlik kayak qayıqlarında yürüşlər ediblər.
BAKI, 7 yanvar - Sputnik. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 2023-cü ilin ilk idman tədbirini Bakı bulvarında – Xəzər dənizində təşkil edib.
Federasiyanın yaydığı məlumata görə, turniri yerli sakinlərlə yanaşı gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasilyeva da izləyiblər.
İdmançılar 1, 2 və 4 nəfərlik akademik, həmçinin 1 və 2 nəfərlik kayak qayıqlarında yürüşlər ediblər.
Ziya Məmmədzadə, Bəhmən Nəsiri kimi yığma komandamızın titullu idmançılarının da iştirak etdiyi yarışda ümumilikdə Mingəçevirdən və Bakıdan olan 49 avarçəkən 8 dəst medal uğrunda mübarizə aparıb. Turnirin qalibləri diplomla mükafatlandırılıblar.
Tədbir zamanı həmçinin Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yaxın zamanda səyyar görüşlərə start verəcəyi və bu görüşlərə Bakıdan başlanacağı haqda məlumat diqqətə çatdırılıb.
Bildirilib ki, paytaxtda sakinlərlə baş tutacaq ilk səyyar görüşün dəqiq tarixi və məkanı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Bu cür səyyar görüşlər Azərbaycanın bütün bölgələri üçün nəzərdə tutulub. Burada əsas məqsəd ölkə ərazisində avarçəkmənin populyarlaşdırılması və kütləviliyin təmin olunmasıdır.