Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Messi dünyanın ən yaxşı idmançısı seçildi

© AFP 2023 / PAUL ELLISMessi
Messi  - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Abunə olmaq
Argentina təmsilçisi Leo 808 səs toplayaraq, bu ada layiq görülüb.
BAKI, 6 yanvar — Sputnik. Fransanın “L'Équipe” nəşri 2022-ci il üzrə dünyanın ən yaxşı idmançısını seçmək üçün sorğu keçirib. Sorğunun qalibi Argentina millisinin və Fransanın "PSJ" klubunun futbolçusu Lionel Messi olub.
Leo 808 səs toplayaraq, bu ada layiq görülüb. İkinci pillədə onun PSJ-dəki komanda yoldaşı Kilian Mbappe qərarlaşıb (381 səs). Respondentlərin 285 səsini toplayan ispaniyalı tennisçi Rafael Nadal üçüncü yeri tutub (Qafqazinfo).
Qeyd edək ki, bir müddət öncə dünya çempionatları tarixində bir turnirdə ən çox penalti vuran oyunçuların siyahısı açıqlanıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına əsasən, Qətərdəki mundialda dörd 11 metrlik zərbədən istifadə edən Argentina millisinin hücumçusu Lionel Messi rekordçular sırasına düşüb.
Xəbər lenti
0