Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Əl-Nəsr" Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

© AP Photo / Amr NabilKriştianu Ronaldo
Kriştianu Ronaldo - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Abunə olmaq
Portuqaliya millisinin kapitanının transferi ilə "Əl-Nəsr"in “Instagram” səhifəsində izləyicilərinin sayı 1 milyon artıb.
BAKI, 6 yanvar — Sputnik. Portuqaliyalı superulduz Kriştianu Ronaldonun "Əl-Nəsr"ə keçidi Səudiyyə Ərəbistanının klubuna böyük pul və populyarlıq gətirib.
2,5 illik müqaviləyə imza atan 37 yaşlı futbolçunun gəlişindən sonra ərəb komandası forma satışından 22 milyon 638 min dollar qazanıb.
Portuqaliya millisinin kapitanının transferi ilə "Əl-Nəsr"in “Instagram”* səhifəsində izləyicilərinin də sayı 9 milyon artaraq, 10 milyon 200 minə çatıb. Ronaldo hələlik yeni klubunda debüt etməsə də, komandanın Səudiyyə Ərəbistanı birjasındakı səhmlərinin dəyəri artmaqda davam edir (APA).
Xatırladaq ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun yeni üzvü, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo yanvarın 3-də Ər-Riyaddakı Mrsul Park stadionunda ictimaiyyətə təqdim olunub.
"Əl-Nəsr" dekabrın 30-da Ronaldonun transferini açıqlayıb, müqavilə 2025-ci ilin iyununa qədər imzalanıb. 37 yaşlı futbolçu 7 nömrə altında çıxış edəcək.
Xatırladaq ki, Ronaldo "Qızıl top"un beşqat qalibidir. O, karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real” və İtaliyanın “Yuventus” klublarının şərəfini qoruyub.
Beş dəfə Çempionlar Liqasının qalibi, üç dəfə İngiltərə çempionu, iki dəfə İspaniya və İtaliya çempionu olub. Ronaldo Portuqaliya ilə Avropa Çempionatını (2016) və Millətlər Liqasını (2018/19) qazanıb.
Portuqaliya yığmasının 1/4 finala yüksəldiyi Qətərdə keçirilən dünya çempionatı zamanı Ronaldo “Mançester Yunayted”lə müqaviləsini pozub.
*Rusiyada ekstremist təşkilat kimi qadağan olunub
Xəbər lenti
0