https://sputnik.az/20230105/fransa-xarici-sler-nazirliyi-rusiya-ile-elaqeleri-qorumaq-istediyini-bildirib-450364164.html
Fransa Xarici İşlər Nazirliyi Rusiya ilə əlaqələri qorumaq istədiyini bildirib
Fransa Xarici İşlər Nazirliyi Rusiya ilə əlaqələri qorumaq istədiyini bildirib
Sputnik Azərbaycan
Fransanın xarici işlər naziri Katrin Kolonna bildirib ki, rəsmi Paris Moskva ilə əlaqələri saxlamaq istəyir. 05.01.2023, Sputnik Azərbaycan
2023-01-05T23:00+0400
2023-01-05T23:00+0400
2023-01-05T23:00+0400
fransa
dünya xəbərləri
rusiya
xin
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426013685_0:0:3072:1728_1920x0_80_0_0_927c69b5ba4d5f6512df46805625f891.jpg
BAKI, 5 yanvar — Sputnik. Fransanın xarici işlər naziri Katrin Kolonna rəsmi Parisin Moskva ilə əlaqə saxlamaq istədiyi barədə açıqlama verib. O, bu barədə yerli "LCI" telekanalına müsahibəsində bildirib. "Bizim Rusiya ilə bütün səviyyələrdə əlaqələrimiz var və biz Rusiya ilə bu əlaqələri saxlamaq istəyirik... Sergey Lavrovla danışmaq imkanım oldu. Biz beynəlxalq konfranslarda, məsələn, "G20" çərçivəsində görüşdük. Bundan əlavə, bizim Rusiyada səfirimiz var", - deyə o, bildirib. Fransa XİN rəhbərinin sözlərinə görə, tərəflər arasında diplomatik təmaslar fikir mübadiləsi aparmağa, mesajlar və sorğular göndərməyə imkan verir. Daha əvvəl Katrin Kolonna Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışıqlarının hələ təyin olunmadığını, lakin bunun mümkün olduğunu bildirib. O xatırladıb ki, iki ölkə liderləri arasında keçmişdə faydalı ünsiyyət olub və bu ünsiyyət olduğu kimi faydalı qalır.
https://sputnik.az/20230105/putin-moskva-dialoqa-aciqdir-450364421.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426013685_341:0:3072:2048_1920x0_80_0_0_112dca2c5629426e856a187b36ead31b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
fransa, rusiya, xin
Fransa Xarici İşlər Nazirliyi Rusiya ilə əlaqələri qorumaq istədiyini bildirib
Fransanın xarici işlər naziri Katrin Kolonna bildirib ki, rəsmi Paris Moskva ilə əlaqələri saxlamaq istəyir.
BAKI, 5 yanvar — Sputnik. Fransanın xarici işlər naziri Katrin Kolonna rəsmi Parisin Moskva ilə əlaqə saxlamaq istədiyi barədə açıqlama verib.
O, bu barədə yerli "LCI" telekanalına müsahibəsində bildirib.
"Bizim Rusiya ilə bütün səviyyələrdə əlaqələrimiz var və biz Rusiya ilə bu əlaqələri saxlamaq istəyirik... Sergey Lavrovla danışmaq imkanım oldu. Biz beynəlxalq konfranslarda, məsələn, "G20" çərçivəsində görüşdük. Bundan əlavə, bizim Rusiyada səfirimiz var", - deyə o, bildirib.
Fransa XİN rəhbərinin sözlərinə görə, tərəflər arasında diplomatik təmaslar fikir mübadiləsi aparmağa, mesajlar və sorğular göndərməyə imkan verir.
Daha əvvəl Katrin Kolonna Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışıqlarının hələ təyin olunmadığını, lakin bunun mümkün olduğunu bildirib. O xatırladıb ki, iki ölkə liderləri arasında keçmişdə faydalı ünsiyyət olub və bu ünsiyyət olduğu kimi faydalı qalır.