https://sputnik.az/20230105/putin-moskva-dialoqa-aciqdir-450364421.html
Putin: Moskva dialoqa açıqdır
Putin: Moskva dialoqa açıqdır
Sputnik Azərbaycan
Vladimir Putin Rusiyanın ciddi dialoqa açıq olduğunu bir daha təsdiqləyib - bu şərtlə ki, Kiyev hakimiyyəti məlum və dəfələrlə səsləndirilən tələbləri yerinə... 05.01.2023, Sputnik Azərbaycan
2023-01-05T17:05+0400
2023-01-05T17:05+0400
2023-01-05T17:44+0400
moskva
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
dialoq
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/01/448100962_0:0:3073:1728_1920x0_80_0_0_6a61fe67e1e188f7e9b0bda26e58afaa.jpg
BAKI, 5 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti və enerji məsələlərini müzakirə ediblər. Bu barədə Rusiya dövlət başçısının mətbuat xidməti məlumat yayıb. "Ukrayna ətrafındakı vəziyyətə toxunulub. Rusiya tərəfindən isə Kiyev rejimini silah və hərbi texnika ilə pompalayan, ona operativ məlumat və hədəf təyinatları verən Qərb dövlətlərinin dağıdıcı rolu vurğulanıb ", - məlumatda belə deyilir. "Rəcəb Tayyib Ərdoğanın münaqişənin siyasi həlli üçün Türkiyənin vasitəçiliyinə hazır olması fonunda Vladimir Putin Rusiyanın ciddi dialoqa açıq olduğunu bir daha təsdiqləyib - bu şərtlə ki, Kiyev hakimiyyəti məlum və dəfələrlə səsləndirilən tələbləri yerinə yetirsin və yeni ərazi reallıqları nəzərə alınsın", - deyə Rusiya Federasiyası prezidentinin mətbuat xidməti bildirib. Söhbət zamanı ilk növbədə enerji sektorunda ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi məsələləri də müzakirə olunub. "Türkiyədə regional qaz qovşağının yaradılması və "Akkuyu" atom elektrik stansiyasının tikintisi kimi strateji əhəmiyyətli birgə layihələrin həyata keçirilməsinin prioritet əhəmiyyəti qeyd edilib", - deyə məlumatda qeyd olunub. Həmçinin, qeyd edilib ki, "22 iyul 2022-ci il tarixli Ukrayna taxılının ixracı və Rusiyadan ərzaq və gübrə tədarükünə maneələrin aradan qaldırılması ilə bağlı İstanbul sazişlərinin etibarlılığı nəzərdən keçirilərkən, vicdanlı kompleks yanaşmanın zəruriliyi vurğulanıb ki, bu da Rusiya ixracına bütün maneələrin ləğv edilməsini nəzərdə tutur." Putin və Ərdoğan arasındakı söhbətdə Suriya nizamlanması perspektivlərinə də diqqət yetirilib. "2022-ci ilin dekabrında Rusiya, Türkiyə və Suriyanın kəşfiyyat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Moskvada keçirilən müdafiə nazirlərinin görüşü müsbət qiymətləndirilib. Ümid edilib ki, bu cür üçtərəfli formatda təmasların inkişaf etdirilməsi Suriya Ərəb Respublikasında vəziyyətin əsaslı şəkildə yaxşılaşdırılmasına, o cümlədən, onun ərazi bütövlüyünün bərpasına, qaçqınlar probleminin həllinə və beynəlxalq terror strukturlarına qarşı mübarizəyə töhfə verəcək", - mətbuat xidmətinin bəyanatında belə deyilir. Rusiya Federasiyası və Türkiyə prezidentləri Yeni il münasibətilə bir-birini təbrik ediblər və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/01/448100962_0:0:2731:2048_1920x0_80_0_0_d5ed28948480f7ef9f67ca6cc5493aac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
moskva, rusiya prezidenti vladimir putin, vladimir putin, dialoq, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
moskva, rusiya prezidenti vladimir putin, vladimir putin, dialoq, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Putin: Moskva dialoqa açıqdır
17:05 05.01.2023 (Yenilənib: 17:44 05.01.2023) Vladimir Putin Rusiyanın ciddi dialoqa açıq olduğunu bir daha təsdiqləyib - bu şərtlə ki, Kiyev hakimiyyəti məlum və dəfələrlə səsləndirilən tələbləri yerinə yetirsin və yeni ərazi reallıqları nəzərə alınsın.
BAKI, 5 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti və enerji məsələlərini müzakirə ediblər.
Bu barədə Rusiya dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Ukrayna ətrafındakı vəziyyətə toxunulub. Rusiya tərəfindən isə Kiyev rejimini silah və hərbi texnika ilə pompalayan, ona operativ məlumat və hədəf təyinatları verən Qərb dövlətlərinin dağıdıcı rolu vurğulanıb ", - məlumatda belə deyilir.
"Rəcəb Tayyib Ərdoğanın münaqişənin siyasi həlli üçün Türkiyənin vasitəçiliyinə hazır olması fonunda Vladimir Putin Rusiyanın ciddi dialoqa açıq olduğunu bir daha təsdiqləyib - bu şərtlə ki, Kiyev hakimiyyəti məlum və dəfələrlə səsləndirilən tələbləri yerinə yetirsin və yeni ərazi reallıqları nəzərə alınsın", - deyə Rusiya Federasiyası prezidentinin mətbuat xidməti bildirib.
Söhbət zamanı ilk növbədə enerji sektorunda ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi məsələləri də müzakirə olunub.
"Türkiyədə regional qaz qovşağının yaradılması və "Akkuyu" atom elektrik stansiyasının tikintisi kimi strateji əhəmiyyətli birgə layihələrin həyata keçirilməsinin prioritet əhəmiyyəti qeyd edilib", - deyə məlumatda qeyd olunub.
Həmçinin, qeyd edilib ki, "22 iyul 2022-ci il tarixli Ukrayna taxılının ixracı və Rusiyadan ərzaq və gübrə tədarükünə maneələrin aradan qaldırılması ilə bağlı İstanbul sazişlərinin etibarlılığı nəzərdən keçirilərkən, vicdanlı kompleks yanaşmanın zəruriliyi vurğulanıb ki, bu da Rusiya ixracına bütün maneələrin ləğv edilməsini nəzərdə tutur."
Putin və Ərdoğan arasındakı söhbətdə Suriya nizamlanması perspektivlərinə də diqqət yetirilib.
"2022-ci ilin dekabrında Rusiya, Türkiyə və Suriyanın kəşfiyyat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Moskvada keçirilən müdafiə nazirlərinin görüşü müsbət qiymətləndirilib. Ümid edilib ki, bu cür üçtərəfli formatda təmasların inkişaf etdirilməsi Suriya Ərəb Respublikasında vəziyyətin əsaslı şəkildə yaxşılaşdırılmasına, o cümlədən, onun ərazi bütövlüyünün bərpasına, qaçqınlar probleminin həllinə və beynəlxalq terror strukturlarına qarşı mübarizəyə töhfə verəcək", - mətbuat xidmətinin bəyanatında belə deyilir.
Rusiya Federasiyası və Türkiyə prezidentləri Yeni il münasibətilə bir-birini təbrik ediblər və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.