DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Akar: Yunanıstan Türkiyə ilə münasibətlərdə gərginlik yaratmağa çalışır

© AP Photo / Virginia MayoTürkiyə milli müdafiə naziri Hulusi Akar
Türkiyə milli müdafiə naziri Hulusi Akar  - Sputnik Azərbaycan, 1920, 02.01.2023
Abunə olmaq
O, təxribatların da yunan tərəfi üçün bir xeyrinin olmayacağını qeyd edib.
BAKI, 2 yanvar - Sputnik. Yunanıstan daxili siyasət və şərqi Aralıq dənizindəki uğursuzluqlarını ört-basdır etmək üçün Türkiyə ilə münasibətlərdə gərginlik yaratmağa çalışır.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.
O, Yunanıstan hakimiyyətinin gərginlik yaratmaqla həyatda qalmaqlarının mümkün, təxribatların da yunan tərəfi üçün bir xeyrinin olmayacağını qeyd edib: “Türkiyə heç kim üçün təhlükə deyil. Əksinə, etibarlı və güclü müttəfiqdir”.
Türkiyə müdafiə naziri Hulusi Akar - Sputnik Azərbaycan, 1920, 29.12.2022
DÜNYA XƏBƏRLƏRİ
Türkiyə qonşu ölkələrin ərazi bütövlüyünü tanıyır - Akar
Xəbər lenti
0