Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurban Qurbanovun dünya reytinqində yeri açıqlanıb

© Sputnik / Murad OrujovQurban Qurbano
Qurban Qurbano - Sputnik Azərbaycan, 1920, 30.12.2022
Abunə olmaq
Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1595 xalla 207-cidir.
BAKI, 30 dekabr — Sputnik. Dünyanın ən yaxşı baş məşqçilərinin 2022-ci il üçün yekun reytinqi açıqlanıb.
Siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.
Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf və "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov "Top-500"də qərarlaşıb.
Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1595 xalla 207-cidir. "Neftçi"nin rumıniyalı çalışdırıcısı 1627 xalla 175-ci yerdədir. Hər iki mütəxəssis ötən siyahıdakı mövqeyini qoruyub.
Qeyd edək ki, ilk "üçlük"də Pep Qvardiola (2194), Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) qərarlaşıb. (APA)
Xəbər lenti
0