Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Əfsanəvi futbolçu Pelenin dəfn olunacağı tarix açıqlandı

© AFP 2023 / CAIO LEALPele, arxiv şəkli
Pele, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2022
Abunə olmaq
Həkimlər əfsanəvi futbolçunun səhhətinin pisləşməsi barədə məlumat verdikdən sonra anım mərasiminin təşkili üçün avadanlıqlar "Santos" klubunun stadionuna gətirilməyə başlanılıb.
BAKI, 30 dekabr - Sputnik. Ötən gün dünyasını dəyişən braziliyalı əfsanəvi futbolçu Pelenin dəfn olunacağı tarix bəlli olub.
Dəfn mərasimi 2023-cü il yanvarın 3-də gerçəkləşəcək.
Yanvarın 2-də onun cənazəsi vəfat etdiyi xəstəxanadan "Santos" klubunun stadionuna aparılacaq. Vida tədbiri yerli vaxtla saat 10:00-da başlayacaq və bir gün davam edəcək. Mərasim ictimaiyyət üçün açıq olacaq. Lakin iştirak etmək istəyənlərin tabuta yaxınlaşması qadağan ediləcək.
Dəfn mərasiminə isə yalnız Pelenin ailəsi və yaxın dostları qatılacaq. Bundan əlavə, ölkədə üç günlük matəm elan olunub.
Vida mərasimi “Santos” futbol klubunun stadionunda keçiriləcək
Braziliyalı üçqat dünya çempionu Pele ilə vida mərasimi San-Pauluda yerləşən “Santos” futbol klubunun stadionunda keçiriləcək.
Bu barədə “Je-1” portalı məlumat yayıb.
Bildirilib ki, dekabrın 23-dən həkimlər əfsanəvi futbolçunun səhhətinin pisləşməsi barədə məlumat verdikdən sonra anım mərasiminin təşkili üçün avadanlıqlar stadiona gətirilməyə başlanılıb. Mərasimin gün yarım davam edəcəyi gözlənilir.
Xatırladaq ki, braziliyalı əfsanəvi futbolçu Pele dekabrın 29-da San-Paulu klinikasında 82 yaşında vəfat edib. Pele 3 qat (1958, 1962, 1970-ci illər) dünya çempionu olan yeganə futbolçudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Sabiq forvard FIFA-nın versiyasına əsasən XX əsrin ən yaxşı futbolçusu elan edilib.
Hücumçu Braziliyanın “Santos” (1956-1974-cü illər) və ABŞ-ın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.
Braziliyalı əfsanəvi futbolçu Pele 82 yaşında dünyasını dəyişib
Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat olunub.
Veteran hücumçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Pele 3 qat (1958, 1962, 1970-ci illər) dünya çempionu olan yeganə futbolçudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Sabiq forvard FIFA-nın versiyasına əsasən XX əsrin ən yaxşı futbolçusu elan edilib.
Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.
Xəbər lenti
0