https://sputnik.az/20221229/azerbaycan-ve-srail-xn-leri-arasinda-siyasi-meslehetlesmeler-kecirilib-450186328.html
Azərbaycan və İsrail XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və İsrail XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Sputnik Azərbaycan
Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri, Azərbaycanın İsraildə... 29.12.2022, Sputnik Azərbaycan
2022-12-29T21:49+0400
2022-12-29T21:49+0400
2023-01-09T12:49+0400
siyasət
israil
xin
https://cdnn1.img.sputnik.az/img/42063/77/420637793_0:0:2000:1125_1920x0_80_0_0_8331ebcd7c20b4cd126cb17b406c00cf.jpg
BAKI, 29 dekabr - Sputnik. 28-29 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İsrail Dövlətinə işgüzar səfəri baş tutub.XİN-in yaydığı məlumata görə, səfər çərçivəsində Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail tərəfindən isə Xarici İşlər Nazirliyinin Siyasi Direktorluğunun rəhbəri səfir Aliza Bin Nun rəhbərlik edib.Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri, Azərbaycanın İsraildə Səfirliyinin açılması ilə bağlı praktiki məsələlər müzakirə olunub.Azərbaycan nümayəndə heyəti həmçinin İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Alon Uşpitz ilə görüşüb.Bununla yanaşı, Azərbaycan İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev ilə İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (MASHAV) rəis müavini Aviv Ezra arasında görüş keçirilib.İsrailə səfər çərçivəsində İsrailin təhsil və elmi araşdırma mərkəzlərinin nümayəndələri ilə də görüşlər təşkil olunub.
https://sputnik.az/20221229/azerbaycan-xn-bascisinin-muavini-sraile-sefer-edib-450154379.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42063/77/420637793_125:0:1898:1330_1920x0_80_0_0_e5602988b1bd40c33b569692b7a4378f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, xin
Azərbaycan və İsrail XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:49 29.12.2022 (Yenilənib: 12:49 09.01.2023) Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri, Azərbaycanın İsraildə Səfirliyinin açılması ilə bağlı praktiki məsələlər müzakirə olunub.
BAKI, 29 dekabr - Sputnik. 28-29 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İsrail Dövlətinə işgüzar səfəri baş tutub.
XİN-in yaydığı məlumata görə, səfər çərçivəsində Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail tərəfindən isə Xarici İşlər Nazirliyinin Siyasi Direktorluğunun rəhbəri səfir Aliza Bin Nun rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri, Azərbaycanın İsraildə Səfirliyinin açılması ilə bağlı praktiki məsələlər müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti həmçinin İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Alon Uşpitz ilə görüşüb.
Bununla yanaşı, Azərbaycan İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev ilə İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (MASHAV) rəis müavini Aviv Ezra arasında görüş keçirilib.
İsrailə səfər çərçivəsində İsrailin təhsil və elmi araşdırma mərkəzlərinin nümayəndələri ilə də görüşlər təşkil olunub.