https://sputnik.az/20221229/azerbaycan-xn-bascisinin-muavini-sraile-sefer-edib-450154379.html
Azərbaycan XİN başçısının müavini İsrailə səfər edib
Azərbaycan XİN başçısının müavini İsrailə səfər edib
Sputnik Azərbaycan
Fariz Rzayevin sözlərinə görə, İsraildə səfirliyin yaradılması siyasi diskursun dərinləşməsinə şərait yaradacaq və iqtisadiyyat, turizm, mədəniyyət, elm və... 29.12.2022, Sputnik Azərbaycan
2022-12-29T10:34+0400
2022-12-29T10:34+0400
2022-12-29T10:34+0400
xin
siyasət
israil
mossad
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426349631_0:0:3073:1728_1920x0_80_0_0_f940fd21f75d60effa26e12ecaf920e1.jpg
BAKI, 29 dekabr — Sputnik. Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev İsrailə səfər edib. Xarici işlər nazirinin müavininin səfərinin mərkəzində Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsi dayanır. Fariz Rzayev İsrail mətbuatına açıqlamasında deyib ki, İsraildə rəsmi səfirliyin açılması qərarı iki ölkə və xalq arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir. Onun sözlərinə görə, səfirliyin yaradılması siyasi diskursun dərinləşməsinə şərait yaradacaq və iqtisadiyyat, turizm, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlıq üçün yeni kanallar açacaq. Rzayev bildirib ki, bu nadir və tarixi addımdır və belə bir qərarın qəbul olunduğu bir yerdə olmaqdan və səfirliyin açılması prosesində iştirak etməkdən xoşbəxtdir. "İki ölkə arasında müttəfiqlik möcüzədir, çünki o, təkcə ümumi maraqlara deyil, min ildən artıq bir yerdə yaşayan iki xalqın ortaq tarixinə əsaslanır". Nazir müavininin səfirliyin yaradılması üçün mümkün obyektləri gəzməklə yanaşı, Mossad-ın keçmiş rəhbəri Tamir Pardo ilə görüşü də nəzərdə tutulub. Fariz Rzayev həmçinin Xarici İşlər Nazirliyində İsrail Beynəlxalq Yardım Agentliyinin (IAA) rəhbəri Einat Şalain və Xarici İşlər Nazirliyinin baş direktoru Alon Oşfiz ilə görüşəcək. Danışıqlarda o, İsraildə səfirliyin yaradılması ilə bağlı məsələləri, eləcə də digər siyasi və strateji aspektləri müzakirə edəcək.Xatırladaq ki, Milli Məclis noyabrın 18-də Azərbaycanın İsraildə səfirlik açmasına razılıq verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426349631_115:0:2846:2048_1920x0_80_0_0_402daf90a87e74f4e96e87d82e573c9e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xin, israil, mossad
Azərbaycan XİN başçısının müavini İsrailə səfər edib
Fariz Rzayevin sözlərinə görə, İsraildə səfirliyin yaradılması siyasi diskursun dərinləşməsinə şərait yaradacaq və iqtisadiyyat, turizm, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlıq üçün yeni kanallar açacaq.
BAKI, 29 dekabr — Sputnik. Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev İsrailə səfər edib.
Xarici işlər nazirinin müavininin səfərinin mərkəzində Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsi dayanır.
Fariz Rzayev İsrail mətbuatına açıqlamasında deyib ki, İsraildə rəsmi səfirliyin açılması qərarı iki ölkə və xalq arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir.
Onun sözlərinə görə, səfirliyin yaradılması siyasi diskursun dərinləşməsinə şərait yaradacaq və iqtisadiyyat, turizm, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlıq üçün yeni kanallar açacaq.
Rzayev bildirib ki, bu nadir və tarixi addımdır və belə bir qərarın qəbul olunduğu bir yerdə olmaqdan və səfirliyin açılması prosesində iştirak etməkdən xoşbəxtdir. "İki ölkə arasında müttəfiqlik möcüzədir, çünki o, təkcə ümumi maraqlara deyil, min ildən artıq bir yerdə yaşayan iki xalqın ortaq tarixinə əsaslanır".
Nazir müavininin səfirliyin yaradılması üçün mümkün obyektləri gəzməklə yanaşı, Mossad-ın keçmiş rəhbəri Tamir Pardo ilə görüşü də nəzərdə tutulub.
Fariz Rzayev həmçinin Xarici İşlər Nazirliyində İsrail Beynəlxalq Yardım Agentliyinin (IAA) rəhbəri Einat Şalain və Xarici İşlər Nazirliyinin baş direktoru Alon Oşfiz ilə görüşəcək. Danışıqlarda o, İsraildə səfirliyin yaradılması ilə bağlı məsələləri, eləcə də digər siyasi və strateji aspektləri müzakirə edəcək.
Xatırladaq ki, Milli Məclis noyabrın 18-də Azərbaycanın İsraildə səfirlik açmasına razılıq verib.