Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan voleybolçusu Çin klubu ilə müqavilə imzalayıb

© Photo : Facebook / Volleyball FansOdina Əliyeva, arxiv şəkli
Odina Əliyeva, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.12.2022
Abunə olmaq
2015-2016-cı il mövsümündə "Azərreyl"də çıxış edən O.Əliyeva həmin vaxtdan sonra ölkə xaricində legioner həyatı yaşayır.
BAKI, 28 dekabr — Sputnik. Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyevanın yeni klubu bəlli olub. Hücumçu karyerasını Çində davam etdirəcək.
O, "Şenzen Jonqsay"la müqavilə imzalayıb. Voleybolçu 2022-2023 mövsümünün sonunadək bu klubda çıxış edəcək.
Voleybolçumuz mövsümə Filippində başlayıb. O, 2022-ci ilin ikinci yarısını "Çoko Muço Flinq Titans"da keçirib.
Qeyd edək ki, 2015-2016-cı il mövsümündə "Azərreyl"də çıxış edən O.Əliyeva həmin vaxtdan sonra ölkə xaricində legioner həyatı yaşayır.
Xəbər lenti
0