Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Səbail"in baş məşqçisi istefa verib

© © Christof STACHE / various sources / AFPФутбольный мяч, фото из архива
Футбольный мяч, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
"Dənizçilər" Mahmud Qurbanova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. "Səbail" baş məşqçi vəzifəsinə təyinatla bağlı ictimaiyyətə yaxın günlərdə məlumat veriləcəyini vurğulayıb
BAKI, 27 dekabr — Sputnik. "Səbail"in baş məşqçisi Mahmud Qurbanov tutduğu vəzifəsindən istefası ilə bağlı klub rəhbərliyinə müraciət edib.
49 yaşlı mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klubun Müşahidə Şurası tərəfindən qəbul olunub.
"Dənizçilər" Mahmud Qurbanova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. "Səbail" baş məşqçi vəzifəsinə təyinatla bağlı ictimaiyyətə yaxın günlərdə məlumat veriləcəyini vurğulayıb.
Mahmud Qurbanov kimdir?
Azərbaycanın sabiq futbolçusu Mahmud Qurbanov "Səbail"dən öncə Kəpəz PFK-nın sabiq baş məşqçisi olub. Bundan başqa, 2009-cu ildə Bakı klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov Azərbaycan futbolunda yeni rekord müəyyənləşdirib. 36 yaşlı yarımmüdafiəçi 10-cu dəfə ölkə çempionluğunu qazanaraq, öz şəxsi rekordunu yeniləyib.
Xəbər lenti
0