Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Əl-Nəsr" Ronaldonu tibbi müayinədən keçirməyi planlaşdırır - KİV

© AP Photo / Armando Franca Kriştiano Ronaldo
 Kriştiano Ronaldo - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
Portuqaliyalılarla müqavilənin ümumi şərtləri artıq razılaşdırıldığı üçün klub yanvarın transfer pəncərəsi açılana kimi sövdələşməni başa çatdırmağa ümid edir.
BAKI, 27 dekabr — Sputnik. Səudiyyə Ərəbistanının "Əl Nəsr" futbol klubu Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun tibbi müayinədən keçirilməsini planlaşdırıb. Bu barədə "CBS Sports" komandadakı mənbəyə istinadən xəbər verir.
Bildirilir ki, "Əl-Nəsr" artıq Ronaldo və onun məsləhətçiləri üçün yaşayış yerləri sifariş edib. Portuqaliyalılarla müqavilənin ümumi şərtləri artıq razılaşdırıldığı üçün klub yanvarın transfer pəncərəsi açılana kimi sövdələşməni başa çatdırmağa ümid edir. Ronaldonun klubun idarə olunmasında böyük rol oynayacağı, o cümlədən baş məşqçinin təyinatına təsir göstərə biləcəyi iddia edilir.
Daha əvvəl İspaniyanın "Marca" nəşri Ronaldonun tezliklə "Əl-Nəsr"lə 2030-cu ilə qədər müqavilə imzalaya bilər, Ronaldo bu müddətin 2,5 ilini futbolçu kimi keçirəcək, 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün Misir və Yunanıstanla birgə təklifini dəstəkləmək üçün Səudiyyə Ərəbistanının səfiri olacaq.
Ronaldo "Qızıl top"un beşqat qalibidir. O, karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" klublarının şərəfini qoruyub. Beş dəfə Çempionlar Liqasının qalibi, üç dəfə İngiltərə çempionu, iki dəfə İspaniya və İtaliya çempionu olub. Ronaldo Portuqaliya ilə 2016-cı ildə Avropa Çempionatını və 2018/19-cu ildə Millətlər Liqasını qazanıb.
Portuqaliya yığmasının 1/4 finala yüksəldiyi Qətərdə keçirilən dünya çempionatı zamanı Ronaldo İngiltərənin "Mançester Yunayted" klubu ilə müqaviləsini pozub və hazırda klubsuz qalıb.
Xəbər lenti
0