Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanın 2023-cü il üçün xarici siyasət prioritetlərini açıqlanıb

© Sputnik / Murad OrujovXİN Xarici İşlər Nazirliyi
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
Nazirin sözlərinə görə, Azərbaycanın 2023-cü il üçün əsas prioritetləri dəyişməz olaraq qalacaq.
BAKI, 27 dekabr - Sputnik. “Azərbaycan üçün əsas prioritetlər dayanıqlı inkişafın və sülhün təmin edilməsidir”.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın 2023-cü il üçün əsas prioritetləri dəyişməz olaraq qalacaq:
"Prioritet mühüm tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməkdir. Azərbaycan çoxtərəfli platformalar çərçivəsində də fəal olmaqda davam edəcək.
Bizim üçün əsas prioritetlər dayanıqlı inkişafın və sülhün təmin edilməsidir. Ümid edirik ki, qarşı tərəf də sülhə yönələcək. Nəqliyyat kommunikasiyalarının inkişaf etməsini və sülh müqaviləsinin imzalanmasını görmək istərdik”, - C.Bayramov bildirib.
Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.12.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Nazir: Azərbaycan dövləti Qarabağdakı ermənilərin hüquqlarını təmin etməyə hazırdır
Xəbər lenti
0