https://sputnik.az/20221227/nazir-azerbaycan-dovleti-qarabagdaki-ermenilerin-huquqlarini-temin-etmeye-hazirdir-450092849.html
Nazir: Azərbaycan dövləti Qarabağdakı ermənilərin hüquqlarını təmin etməyə hazırdır
Nazir: Azərbaycan dövləti Qarabağdakı ermənilərin hüquqlarını təmin etməyə hazırdır
Sputnik Azərbaycan
2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov Sputnik Azərbaycan-ın sualını cavablandırıb. 27.12.2022, Sputnik Azərbaycan
2022-12-27T17:03+0400
2022-12-27T17:03+0400
2022-12-27T17:03+0400
azərbaycan xəbərləri
qarabağ
ceyhun bayramov
sputnik
sputnik azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/16/425789956_0:0:3156:1776_1920x0_80_0_0_e1d59fe4cd1d084563e99265e4372287.jpg
BAKI, 27 dekabr — Sputnik. “Azərbaycan dövləti ən yüksək səviyyədə bəyan edib ki, Qarabağdakı etnik ermənilərin Azərbaycanda yaşamaq hüququ var, Azərbaycan dövləti isə onların hüquqlarını təmin etməyə hazırdır”. Bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Sputnik Azərbaycan-ın sualına cavab verən xarici işlər naziri Ceyhun Bayramov bildirib. Ceyhun Bayramov deyib ki, Laçın dəhlizinə alternativ yolun tikilməsi müsbət bir təcrübə idi: “Bu yol ermənilərin yaşadıqları ərazilərdən keçirdi. Yolun tikintisi zamanı yerli ermənilərin müraciətləri nəzərə alınıb. Bu yolun tikilməsi zamanı inşaatda çalışanlarla ermənilər arasında normal bir ünsiyyət var idi. Yaxud Sərsəng su anbarı ilə bağlı müzakirələr aparıldı ki, torpaqların suvarılması üçün nə qədər su götürülsün, elektrik enerjisi istehsalı necə təmin edilsin”. Xarici işlər naziri qeyd edib ki, Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatların bura gəlməsinin tərəfdarı olub: “Ermənistan bunun qarşısını alıb. Azərbaycan bəyan edib ki, BMT-nin xüsusi qətnaməsində humanitar təşkilatların dövlətlərin ərazilərində necə fəaliyyət göstərməsi əksini tapıb. Ancaq Ermənistan şərt qoydu ki, bu beynəlxalq təşkilatlar Bakı ofisi ilə əlaqəli ola bilməz, beynəlxalq təşkilatlar Azərbaycan ərazisindən gələ bilməz. Ermənistanın destruktiv yanaşmasına görə, UNESCO-nun Qarabağa missiyası baş tutmayıb. UNESCO nədənsə, konsensus olmasını istəyir və bunu bəhanə edərək indiyə kimi bölgəyə gəlməyib. Baxmayaraq ki, bu halda buna ehtiyac yoxdur”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/16/425789956_427:0:3156:2047_1920x0_80_0_0_d8d4a50d06eb47f737518a5cc3a81191.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qarabağ, ceyhun bayramov, sputnik, sputnik azərbaycan
qarabağ, ceyhun bayramov, sputnik, sputnik azərbaycan
Nazir: Azərbaycan dövləti Qarabağdakı ermənilərin hüquqlarını təmin etməyə hazırdır
2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov Sputnik Azərbaycan-ın sualını cavablandırıb.
BAKI, 27 dekabr — Sputnik. “Azərbaycan dövləti ən yüksək səviyyədə bəyan edib ki, Qarabağdakı etnik ermənilərin Azərbaycanda yaşamaq hüququ var, Azərbaycan dövləti isə onların hüquqlarını təmin etməyə hazırdır”.
Bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Sputnik Azərbaycan-ın sualına cavab verən xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Ceyhun Bayramov deyib ki, Laçın dəhlizinə alternativ yolun tikilməsi müsbət bir təcrübə idi: “Bu yol ermənilərin yaşadıqları ərazilərdən keçirdi. Yolun tikintisi zamanı yerli ermənilərin müraciətləri nəzərə alınıb. Bu yolun tikilməsi zamanı inşaatda çalışanlarla ermənilər arasında normal bir ünsiyyət var idi. Yaxud Sərsəng su anbarı ilə bağlı müzakirələr aparıldı ki, torpaqların suvarılması üçün nə qədər su götürülsün, elektrik enerjisi istehsalı necə təmin edilsin”.
Xarici işlər naziri qeyd edib ki, Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatların bura gəlməsinin tərəfdarı olub: “Ermənistan bunun qarşısını alıb. Azərbaycan bəyan edib ki, BMT-nin xüsusi qətnaməsində humanitar təşkilatların dövlətlərin ərazilərində necə fəaliyyət göstərməsi əksini tapıb. Ancaq Ermənistan şərt qoydu ki, bu beynəlxalq təşkilatlar Bakı ofisi ilə əlaqəli ola bilməz, beynəlxalq təşkilatlar Azərbaycan ərazisindən gələ bilməz. Ermənistanın destruktiv yanaşmasına görə, UNESCO-nun Qarabağa missiyası baş tutmayıb. UNESCO nədənsə, konsensus olmasını istəyir və bunu bəhanə edərək indiyə kimi bölgəyə gəlməyib. Baxmayaraq ki, bu halda buna ehtiyac yoxdur”.