Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

2022-ci ildə yeddi azərbaycanlı idmançı dopinqlə tutulub

© Pexels Victor FreitasZal
Zal - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
AMADA-nın direktoru Şəfəq Hüseynli bəzi idman federasiyalarını antidopinq agentliyinin fəaliyyətinə mane olmaqda ittiham edib
BAKI, 27 dekabr — Sputnik. Azərbaycanda 2022-ci ildə ölkə idmançıları tərəfindən antidopinq qaydalarının pozulması ilə bağlı 7 hal qeydə alınıb.
Bu barədə Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli bildirib.
Dekabrın 27-də, çərşənbə axşamı AMADA 2022-ci il üzrə fəaliyyətinin yekunlarını açıqlayıb. Agentliyin direktoru Şəfəq Hüseynlinin sözlərinə görə, bu il AMADA ümumilikdə 1456 dopinq testi keçirib ki, onlardan 770-i yarış zamanı, 686-sı isə yarış müddətindən kənar vaxtda götürülüb.
Hüseynli onu da qeyd edib ki, 2022-ci ildə Azərbaycan idmançıları tərəfindən antidopinq qaydalarının pozulması ilə bağlı 7 fakt aşkarlanıb - ikisi boksda, ikisi ağır atletikada və hər biri isə güləş, karate və kikboksinqdə. Bundan əlavə, AMADA-nın İstintaq şöbəsi bu il ərzində 382 işə baxıb, onlardan 28-i antidopinq qaydalarının pozulması, 43-ü isə idmançıların yerləşdiyi yerlə bağlı olub.
Hüseynli onu da qeyd edib ki, 2022-ci ildə agentlik həm paytaxtda, həm də ölkənin regionlarında antidopinq məsələlərinə dair çoxlu sayda seminarlar keçirib. Bu seminarlarda ümumilikdə 4,5 min nəfər iştirak edib.
Bundan əlavə, agentliyin direktoru bəzi idman federasiyalarının AMADA ilə həvəssiz əməkdaşlıq etməsindən şikayətlənib.
"Bəzi idman federasiyaları bizə yanlış məlumatlar verir və bunu vaxtında etmirlər. Bütün bunlar işimizi çətinləşdirir. Bəzən bizə müvafiq tövsiyələr verməyə çalışırlar, lakin bu, qəbuledilməzdir. Bizə testlərin necə aparılacağına dair tövsiyələr verməsələr, daha yaxşı olar", - deyə Hüseynli bildirib.
https://az.sputniknews.ru/20221227/v-2022-godu-sem-azerbaydzhanskikh-sportsmenov-popalis-na-dopinge-450075325.html
Xəbər lenti
0