Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" növbəti qələbəsini qazanıb

© Sputnik / Murad OrujovИгровой момент в матче между французским азербайджанским "Карабахом" и немецким "Фрайбургом" в рамках группового этапа Лиги Европы
Игровой момент в матче между французским азербайджанским Карабахом и немецким Фрайбургом в рамках группового этапа Лиги Европы
 - Sputnik Azərbaycan, 1920, 24.12.2022
Abunə olmaq
"Səbail" üzərində 3:0 hesablı qələbə qazanan "köhlən atlar" 50 xalla ilk sıradakı yerini möhkəmlədib.
BAKI, 24 dekabr - Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Lider "Qarabağ" "ASCO Arena"da "Səbail"in qonağı olub. Qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər üç qol 2-ci hissədə vurulub. Hesabı 61-ci dəqiqədə Ramil Şeydayev açıb. 82-ci dəqiqədə Musa Qurbanlı fərqi artırıb. 88-ci dəqiqədə fərqlənən Abdullah Zubir isə görüşdə son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 50-yə çatdıran "Qarabağ" ilk pillədəki mövqeyini möhkəmləndirib. 10 xalı olan "Səbail" isə qış fasiləsinə sonuncu - 10-cu sırada yollanıb (Report).
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" səfərdə "Sumqayıt"ı 6:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə məğlub edib, "Qəbələ" isə öz meydanında "Turan Tovuz"la qolsuz sülhə razılaşıb. Tura dekabrın 25-də keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.
Xəbər lenti
0