Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

Vüqar Həşimov  - Sputnik Azərbaycan, 1920, 23.12.2022
Abunə olmaq
Azərbaycanlı təmsilçilər Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cüdür
BAKI, 23 dekabr — Sputnik. Bakıda keçirilən “Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirinə bu gün yekun vurulacaq.
Bu gün blits növündə 9 tur oynanılacaq, qalib rapid və blits yarışlarının yekun nəticələrinə görə müəyyənləşəcək.
Qeyd edək ki, hazırda özbəkistanlı Nodirbek Abdusattorov 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. İspaniya təmsilçisi Fransisko Valyexo Pons 16,5 xalla isə ikinci pillədə qərarlaşıb.
Azərbaycanlı təmsilçilər Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cü, Rumıniya təmsilçisi Riçard Rapport, çinli Van Hao 14 xalla 5-6-cı pillədə qərarlaşıblar. 12,5 xalı olan ABŞ idmançısı Semuel Şenklend 7-ci yerdədir.
Digər azərbaycanlı təmsilçilər Abdulla Qədimbəyli 10 xalla səkkizinci, Aydın Süleymanlı və hindistanlı Qukeş Dommaraku 9 xalla 9-10-cu pillədə qərarlaşıblar.
Xəbər lenti
0