https://sputnik.az/20221219/vuqar-hesimov-memorialinda-ozbekistan-qrossmeysteri-liderlik-edir-449793216.html
"Vüqar Həşimov Memorialı"nda Özbəkistan qrossmeysteri liderlik edir
"Vüqar Həşimov Memorialı"nda Özbəkistan qrossmeysteri liderlik edir
Sputnik Azərbaycan
İlk oyun günündən sonra Rauf Məmmədov liderdən yarım xal geri qalaraq ən yaxşı Azərbaycan şahmatçısı olub. 19.12.2022, Sputnik Azərbaycan
2022-12-19T14:40+0400
2022-12-19T14:40+0400
2022-12-19T14:40+0400
idman
şahmat
özbəkistan
vüqar həşimov memorialı
https://cdnn1.img.sputnik.az/img/42226/35/422263533_0:0:1024:577_1920x0_80_0_0_6d9318df067fa2dfbf9c9fa510a571ae.jpg
BAKI, 19 dekabr — Sputnik. Bakıda keçirilən "Vüqar Həşimov Memorialı" turnirinin ilk günündən sonra özbək qrossmeysteri Nodirbek Abdusattarov liderliyə yüksəlib. Paytaxtın "Fairmont" hotelində on qrossmeysterin iştirakı ilə rapid və blits üzrə ənənəvi "Vüqar Həşimov Memorialı" şahmat turnirinə start verilib. İlk oyunun nəticəsinə görə, özbək qrossmeyster Nodirbek Abdusattarov rapiddə üç start oyununda qalib gələrək liderliyə yüksəlib. Onun "qurbanları" Fransisko Valyexo (İspaniya), Aydın Süleymanlı (Azərbaycan) və Şəhriyar Məmmədyarov (Azərbaycan) olub. İlk gündə Abdulla Qədimbəyli (Azərbaycan) və Domaracu Qukeş (Hindistan) üzərində qələbə qazanan və Vanq Hao (Çin) ilə heç-heçə edən azərbaycanlı şahmatçı Rauf Məmmədov liderdən yarım xal geri qalıb. Üç turdan sonra Vanq Hao, Valyexo Samuel Şenkland (ABŞ) iki xal, Qukeş, Məmmədyarov və Rixard Rapport (Rumıniya) hərəyə bir xal toplayıblar. Abdulla Qədimbəyli (Azərbaycan, 0,5 xal) və Aydın Süleymanlı (0) turnir cədvəlini qapayırlar. Bazar ertəsi və çərşənbə axşamı iştirakçılar rapid üzrə oynamağa davam edəcəklər, sonra isə blits üzrə yarışda üzləşəcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/35/422263533_74:0:981:680_1920x0_80_0_0_c2682ee2d0e71b95921f8843f5620c1f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahmat, özbəkistan, vüqar həşimov memorialı
şahmat, özbəkistan, vüqar həşimov memorialı
"Vüqar Həşimov Memorialı"nda Özbəkistan qrossmeysteri liderlik edir
İlk oyun günündən sonra Rauf Məmmədov liderdən yarım xal geri qalaraq ən yaxşı Azərbaycan şahmatçısı olub.
BAKI, 19 dekabr — Sputnik. Bakıda keçirilən "Vüqar Həşimov Memorialı" turnirinin ilk günündən sonra özbək qrossmeysteri Nodirbek Abdusattarov liderliyə yüksəlib.
Paytaxtın "Fairmont" hotelində on qrossmeysterin iştirakı ilə rapid və blits üzrə ənənəvi "Vüqar Həşimov Memorialı" şahmat turnirinə start verilib. İlk oyunun nəticəsinə görə, özbək qrossmeyster Nodirbek Abdusattarov rapiddə üç start oyununda qalib gələrək liderliyə yüksəlib. Onun "qurbanları" Fransisko Valyexo (İspaniya), Aydın Süleymanlı (Azərbaycan) və Şəhriyar Məmmədyarov (Azərbaycan) olub.
İlk gündə Abdulla Qədimbəyli (Azərbaycan) və Domaracu Qukeş (Hindistan) üzərində qələbə qazanan və Vanq Hao (Çin) ilə heç-heçə edən azərbaycanlı şahmatçı Rauf Məmmədov liderdən yarım xal geri qalıb.
Üç turdan sonra Vanq Hao, Valyexo Samuel Şenkland (ABŞ) iki xal, Qukeş, Məmmədyarov və Rixard Rapport (Rumıniya) hərəyə bir xal toplayıblar. Abdulla Qədimbəyli (Azərbaycan, 0,5 xal) və Aydın Süleymanlı (0) turnir cədvəlini qapayırlar.
Bazar ertəsi və çərşənbə axşamı iştirakçılar rapid üzrə oynamağa davam edəcəklər, sonra isə blits üzrə yarışda üzləşəcəklər.