https://sputnik.az/20221219/rafael-agayev-karate-combati-bakiya-getirmek-isteyir-449809655.html
Rafael Ağayev "Karate Combat"ı Bakıya gətirmək istəyir
Rafael Ağayev "Karate Combat"ı Bakıya gətirmək istəyir
Sputnik Azərbaycan
Karate üzrə dəfələrlə dünya və Avropa çempionu olan Rafael Ağayev ABŞ-dakı qələbəsini kimə həsr etdiyini və idmançılarda ən çox hansı keyfiyyətlərə dəyər... 19.12.2022, Sputnik Azərbaycan
2022-12-19T20:24+0400
2022-12-19T20:24+0400
2022-12-26T11:43+0400
rafael ağayev
idman
karate
yarış
https://cdnn1.img.sputnik.az/img/42250/70/422507062_0:0:1080:608_1920x0_80_0_0_245a7fc186d7ef2f165f338e470ff1f6.jpg
BAKI, 19 dekabr — Sputnik. Beşqat dünya və 11 qat Avropa çempionu olan titullu azərbaycanlı karateçi Rafael Ağayev "Katate Combat" yarışı çərçivəsində növbəti döyüşünü Bakıda keçirmək niyyətindədir. O, Orlando şəhərində (ABŞ) "Karate Combat" yarışında amerikalı Raymond Danielsonu məğlub edərək ilk çempionluq kəmərini qazanıb. Bu yaxınlarda Ağayev bu liqada üç qələbə qazanıb. Döyüşdən sonra sevincini gizlətməyən azərbaycanlı idmançı bu uğurunu anasına və bütün Azərbaycana həsr etdiyini qeyd edib. O, həmçinin rəqibi ilə birlikdə möhtəşəm döyüş şousunu nümayiş etdirə bildikləri üçün onu tərifləyib. Yeri gəlmişkən, Azərbaycan idmançısının növbəti rəqibi artıq bəllidir. Rəqib digər amerikalı Coşua Kuaheyqen olacaq. Döyüşün tarixi hələlik məlum deyil. "Karate Combat" turniri Bakıda keçirilsə, şad olaram. Buranı da bəyənirəm, ancaq turnir Azərbaycanda keçirilsə, azarkeşlərin 99%-i məni dəstəkləyəcək", - deyə azərbaycanlı idmançı bildirib. Bundan əlavə, o bildirib ki, pul onun üçün əsas deyil, idmanda ən vacib şey insani keyfiyyətlərdir. "Mən karate ilə məşğul olmağa başlayanda pul üçün gəlməmişdim. Karate mənim həyatımdır. Əgər işində ən yaxşısansa, pul da daxil olmaqla, hər şeyə sahib olacaqsan. Amma idmanda ən önəmlisi çempion olmaq deyil, insan qalmaqdır", - deyə 37 yaşlı idmançı vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42250/70/422507062_0:0:1080:810_1920x0_80_0_0_c7da1ae78460d4518b35517dacb51108.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
rafael ağayev, karate, yarış
rafael ağayev, karate, yarış
Rafael Ağayev "Karate Combat"ı Bakıya gətirmək istəyir
20:24 19.12.2022 (Yenilənib: 11:43 26.12.2022) Karate üzrə dəfələrlə dünya və Avropa çempionu olan Rafael Ağayev ABŞ-dakı qələbəsini kimə həsr etdiyini və idmançılarda ən çox hansı keyfiyyətlərə dəyər verdiyini söyləyib.
BAKI, 19 dekabr — Sputnik. Beşqat dünya və 11 qat Avropa çempionu olan titullu azərbaycanlı karateçi Rafael Ağayev "Katate Combat" yarışı çərçivəsində növbəti döyüşünü Bakıda keçirmək niyyətindədir.
O, Orlando şəhərində (ABŞ) "Karate Combat" yarışında amerikalı Raymond Danielsonu məğlub edərək ilk çempionluq kəmərini qazanıb. Bu yaxınlarda Ağayev bu liqada üç qələbə qazanıb.
Döyüşdən sonra sevincini gizlətməyən azərbaycanlı idmançı bu uğurunu anasına və bütün Azərbaycana həsr etdiyini qeyd edib. O, həmçinin rəqibi ilə birlikdə möhtəşəm döyüş şousunu nümayiş etdirə bildikləri üçün onu tərifləyib.
"Mən istənilən rəqibə hörmətlə yanaşıram. Raymond öz idman növündə əfsanədir. İki çempiondan biri qalib gəlir, digəri isə məğlub olur. Bu mənim günüm idi və mən qalib gəldim. Döyüş çox ağır oldu. İlk dəfə idiki, mən beş raund döyüşdüm. Ancaq mən çox yaxşı hazırlaşmışdım. Raymonda da uğurlar arzulayıram", - deyə Ağayev bildirib.
Yeri gəlmişkən, Azərbaycan idmançısının növbəti rəqibi artıq bəllidir. Rəqib digər amerikalı Coşua Kuaheyqen olacaq. Döyüşün tarixi hələlik məlum deyil.
"Karate Combat" turniri Bakıda keçirilsə, şad olaram. Buranı da bəyənirəm, ancaq turnir Azərbaycanda keçirilsə, azarkeşlərin 99%-i məni dəstəkləyəcək", - deyə azərbaycanlı idmançı bildirib.
Bundan əlavə, o bildirib ki, pul onun üçün əsas deyil, idmanda ən vacib şey insani keyfiyyətlərdir.
"Mən karate ilə məşğul olmağa başlayanda pul üçün gəlməmişdim. Karate mənim həyatımdır. Əgər işində ən yaxşısansa, pul da daxil olmaqla, hər şeyə sahib olacaqsan. Amma idmanda ən önəmlisi çempion olmaq deyil, insan qalmaqdır", - deyə 37 yaşlı idmançı vurğulayıb.