SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: Gələn il Azərbaycandan təbii qazın ixracı 24 milyard kubmetr olacaq

İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Dövlətimizin başçısı xatırladıb ki, bu rəqəm 2021-ci ildə 19 milyard kubmetr olub.
BAKI, 17 dekabr-Sputnik. Keçən il Azərbaycanın Avropa bazarlarına təbii qaz ixracı 8,2 milyard kubmetr, bu il isə 11,3 milyard kubmetr olub. Gələn il isə ən azı 11,6 milyard kubmetr qaz ixracı gözlənilir.
Bunu Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib.
Gələn il Azərbaycandan təbii qazın ixracının ümumilikdə təxminən 24 milyard kubmetr olacağını vurğulayan dövlətimizin başçısı xatırladıb ki, bu rəqəm 2021-ci ildə 19 milyard kubmetr olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib.
Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda iştirak edir.
Rumıniya Prezidenti Klaus Yohannis Prezident İlham Əliyevi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayeni, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və Macarıstanın Baş naziri Viktor Orbanı qarşılayıb.
Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan rəsmiləri "yaşıl" enerjinin tədarükü barədə memorandum imzalayacaqlar.
Daha öncə Azərbaycandan elektrik enerjisi tədarükü üçün Qara dənizin dibi ilə Rumıniyaya kabelin çəkilməsini iki ölkə energetika nazirləri arasında müzakirə olunub.
Президент Азербайджана Ильхам Алиев, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.12.2022
SİYASƏT
Prezident: Azərbaycan elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir
Xəbər lenti
0