SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident: Azərbaycan elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir

© AFP 2024 / OLIVER BUNICПрезидент Азербайджана Ильхам Алиев, фото из архива
Президент Азербайджана Ильхам Алиев, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Prezident deyib ki, gələn il yanvarın 1-dən etibarən Azərbaycan Avropa bazarının qaz təchizatının coğrafiyasını daha da genişləndirəcək.
BAKI, 17 dekabr-Sputnik. Dünən SOCAR və "Romgaz" Azərbaycandan Rumıniyaya qaz tədarükünə dair saziş imzaladı. Gələn il yanvarın 1-dən etibarən Azərbaycan Avropa bazarının qaz təchizatının coğrafiyasını daha da genişləndirəcək.
Bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib.
Bunun hər iki tərəf üçün mənfəətli olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Çünki Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə, Azərbaycanın isə özünün nəhəng enerji mənbələri üçün etibarlı bazara ehtiyacı var".
Prezident bildirib ki, "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir ümumi töhfəmiz olacaq. Bu sənəd yaşıl enerji təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir. Biz bu gün Azərbaycan ilə Avropa arasında növbəti bir enerji körpüsünü qurmaqdayıq.
"Bizim ölkəmiz elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir", - deyən dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji sahəsində potensialının böyük olduğunu vurğulayıb.
Xəbər lenti
0