https://sputnik.az/20221217/formula-1-azerbaycan-qran-prisinin-baslanma-saati-mueyyenlesib-449735288.html
Formula 1 Azərbaycan Qran-Prisinin başlanma saatı müəyyənləşib
Formula 1 Azərbaycan Qran-Prisinin başlanma saatı müəyyənləşib
Sputnik Azərbaycan
Aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək yarışda ilk dəfə sprint yürüş təşkil olunacaq. 17.12.2022, Sputnik Azərbaycan
2022-12-17T17:48+0400
2022-12-17T17:48+0400
2022-12-17T17:48+0400
formula 1
idman
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0a/442795200_0:103:2000:1228_1920x0_80_0_0_2e433b1ab05ab30122c10c5028e72eba.jpg
BAKI, 17 dekabr-Sputnik. 2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinin proqramı açıqlanıb. Sputnik Azərbaycan Formula 1-ə istinadla xəbər verir ki, aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək yarışda ilk dəfə sprint yürüş təşkil olunacaq. Proqrama əsasən, aprelin 28-də saat 13:30-da birinci sərbəst yürüş, 17:00-da isə təsnifat mərhələsi start götürəcək. Ertəsi gün ikinci sərbəst yürüş də 13:30-da başlayacaq. Pilotlar sprint yürüşündə mübarizəyə 17:30-da qoşulacaqlar. Azərbaycan Qran-Prisi isə aprelin 30-da 15:00-da start götürəcək. Formula 1-in yeni mövsümü martın 5-də Bəhreyndə başlayacaq. İyirmi üç mərhələ üzrə davam edəcək dünya çempionatına noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərində yekun vurulacaq. Xatırladaq ki, Formula 1 üzrə 2023-cü il Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb. Bakı Şəhər Halqasından (BȘH) verilən məlumata görə, ötən illərlə müqayisədə rekord rəqəmlər qeydə alınıb. Yarış üçün erkən bilet satışına dekabrın 15-də start verilib. Bir sutka ərzində bilet satışının göstəriciləri ötən illə müqayisədə iki dəfə artaraq, son 6 mövsümün rekordu həddinə yüksəlib. Bakıda 7-ci dəfə keçiriləcək mötəbər idman tədbirinə ilk biletlərin sahibi Böyük Britaniya vətəndaşıdır. Hazırkı nəticəyə əsasən, azarkeşlər 23 fərqli ölkəni təmsil edir. İlk üçlükdə Böyük Britaniya, Azərbaycan və Türkiyə yer alır. İndidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faizlik erkən satış endirimindən yararlana biləcəklər. Ənənəvi "early bird" kampaniyası dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün 110 manatdan 480 manatadək dəyişir. 2022 "Formula 1" Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində keçirilib və Red Bull komandasının pilotu Maks Ferstappen qalib olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0a/442795200_114:0:1887:1330_1920x0_80_0_0_7bc8e20815a859ac94b3928fcee2c541.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
formula 1
Formula 1 Azərbaycan Qran-Prisinin başlanma saatı müəyyənləşib
Aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək yarışda ilk dəfə sprint yürüş təşkil olunacaq.
BAKI, 17 dekabr-Sputnik. 2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinin proqramı açıqlanıb.
Sputnik Azərbaycan Formula 1-ə istinadla xəbər verir ki, aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək yarışda ilk dəfə sprint yürüş təşkil olunacaq.
Proqrama əsasən, aprelin 28-də saat 13:30-da birinci sərbəst yürüş, 17:00-da isə təsnifat mərhələsi start götürəcək. Ertəsi gün ikinci sərbəst yürüş də 13:30-da başlayacaq. Pilotlar sprint yürüşündə mübarizəyə 17:30-da qoşulacaqlar. Azərbaycan Qran-Prisi isə aprelin 30-da 15:00-da start götürəcək.
Formula 1-in yeni mövsümü martın 5-də Bəhreyndə başlayacaq. İyirmi üç mərhələ üzrə davam edəcək dünya çempionatına noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərində yekun vurulacaq.
Xatırladaq ki, Formula 1 üzrə 2023-cü il Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb. Bakı Şəhər Halqasından (BȘH) verilən məlumata görə, ötən illərlə müqayisədə rekord rəqəmlər qeydə alınıb.
Yarış üçün erkən bilet satışına dekabrın 15-də start verilib. Bir sutka ərzində bilet satışının göstəriciləri ötən illə müqayisədə iki dəfə artaraq, son 6 mövsümün rekordu həddinə yüksəlib.
Bakıda 7-ci dəfə keçiriləcək mötəbər idman tədbirinə ilk biletlərin sahibi Böyük Britaniya vətəndaşıdır. Hazırkı nəticəyə əsasən, azarkeşlər 23 fərqli ölkəni təmsil edir. İlk üçlükdə Böyük Britaniya, Azərbaycan və Türkiyə yer alır.
İndidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faizlik erkən satış endirimindən yararlana biləcəklər. Ənənəvi "early bird" kampaniyası dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün 110 manatdan 480 manatadək dəyişir.
2022 "Formula 1" Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində keçirilib və Red Bull komandasının pilotu Maks Ferstappen qalib olub.