Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Mahir Emrelinin komandası ilin ən yaxşısı seçilib

© Sputnik / Murad OrujovMahir Emreli
Mahir Emreli - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
Milli komandamızın futbolçusunun formasını geyindiyi Xorvatiya klubu "Dinamo" Zaqrebdə ilin ən yaxşı kişi komandası seçilib.
BAKI, 16 dekabr — Sputnik. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya klubu "Dinamo" Zaqrebdə ilin ən yaxşı kişi komandası seçilib.
"Report"un verdiyi məlumatına görə, Zaqreb Şəhər İdman Assosiasiyası təntənəli mərasimlə qalibləri mükafatlandırıb.
"Dinamo" il ərzində Xorvatiya çempionluğunu, ölkə Superkubokunu qazanmaqla, eyni zamanda, 2021/2022 mövsümündə Avropa Liqasının pley-offunda və 2022/2023 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etməklə bu uğura layiq görülüb. Mükafatlandırma mərasimində Emreli də daxil olmaqla, əksər futbolçular iştirak ediblər.
Qeyd edək ki, "Dinamo" Xorvatiya çempionatında 16 oyunda topladığı 41 xalla turnir cədvəlinə başçılıq edir. Mahir Emreli cari mövsüm bütün turnirlərdə 10 matça çıxaraq 3 qola imza atıb.
Mahir Emreli kimdir?
Mahir Emreli 2022/2023 mövsümündən etibarən Xorvatiyanın Dinamo Zaqreb klubunda və Azərbaycan milli futbol komandasında hücumçu mövqeyində çıxış edir.
Bakı Futbol Klubunun yetirməsi olan Mahir Emreli uzun müddət klubun aşağı yaş qruplarında və əvəzedici heyətində oynayıb. 2015-ci ildən Qarabağda çıxış edən futbolçu 4 dəfə Azərbaycan Premyer Liqasının və 1 dəfə Azərbaycan Kubokunun qalibi olub.
Xəbər lenti
0