https://sputnik.az/20221215/turkiyenin-xarici-isler-naziri-revani-baki-ile-tezlikle-sulh-sazisi-imzalamaga-cagirdi-449664477.html
Türkiyənin xarici işlər naziri İrəvanı Bakı ilə tezliklə sülh sazişi imzalamağa çağırdı
Türkiyənin xarici işlər naziri İrəvanı Bakı ilə tezliklə sülh sazişi imzalamağa çağırdı
Sputnik Azərbaycan
Azərbaycan və Türkiyənin mövqeləri son dərəcə açıqdır, ona görə də, şübhəsiz ki, səmimi addımlar cavabsız qalmayacaq. 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T16:08+0400
2022-12-15T16:08+0400
2022-12-15T16:09+0400
mövlud çavuşoğlu
siyasət
sülh
sülh sazişi
azərbaycan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/42306/77/423067732_0:0:3065:1725_1920x0_80_0_0_251d5f06adaf524cb4b7ad705a15f8f6.jpg
BAKI, 15 dekabr — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrəvanı Azərbaycanla tezliklə sülh sazişi imzalamağa çağırıb. Nazir bildirib ki, Ermənistan tərəfinin səmimi addımları cavabsız qalmayacaq. "Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ikitərəfli münasibətlərin normallaşması ilə bağlı dialoqu davam etdirirlər. Tərəflər əvvəllər hava məkanının açılması üçün razılaşdırılmış addımlar atıblar. Türkiyə birbaşa olaraq hava nəqliyyatı sahəsində bir sıra qərarlar qəbul edib ki, bu da etimadın artırılmasına yönəlib. Düşünürəm ki, İrəvan da Ankara ilə dialoqda səmimi addımlar atmalıdır", - deyə "Anadolu" agentliyi Çavuşoğlunun sözlərindən sitat gətirib. "Azərbaycan və Türkiyənin mövqeləri son dərəcə açıqdır, ona görə də, şübhəsiz ki, səmimi addımlar cavabsız qalmayacaq. Cənubi Qafqazda sülh və sabitlik üçün konkret addımlar vacibdir. Ermənistan mümkün qədər tez sülh sazişi imzalamalıdır", - türkiyəli nazir bildirib.
https://sputnik.az/20221214/turkiye-ermenistani-sulh-sazisi-imzalamaga-ve-basqalarindan-medet-ummamaga-cagirdi-449637965.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42306/77/423067732_336:0:3065:2047_1920x0_80_0_0_2eef6852af589f6806e4f5a4ec27cea9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mövlud çavuşoğlu, sülh, sülh sazişi, azərbaycan, ermənistan
mövlud çavuşoğlu, sülh, sülh sazişi, azərbaycan, ermənistan
Türkiyənin xarici işlər naziri İrəvanı Bakı ilə tezliklə sülh sazişi imzalamağa çağırdı
16:08 15.12.2022 (Yenilənib: 16:09 15.12.2022) Azərbaycan və Türkiyənin mövqeləri son dərəcə açıqdır, ona görə də, şübhəsiz ki, səmimi addımlar cavabsız qalmayacaq.
BAKI, 15 dekabr — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrəvanı Azərbaycanla tezliklə sülh sazişi imzalamağa çağırıb. Nazir bildirib ki, Ermənistan tərəfinin səmimi addımları cavabsız qalmayacaq.
"Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ikitərəfli münasibətlərin normallaşması ilə bağlı dialoqu davam etdirirlər. Tərəflər əvvəllər hava məkanının açılması üçün razılaşdırılmış addımlar atıblar. Türkiyə birbaşa olaraq hava nəqliyyatı sahəsində bir sıra qərarlar qəbul edib ki, bu da etimadın artırılmasına yönəlib. Düşünürəm ki, İrəvan da Ankara ilə dialoqda səmimi addımlar atmalıdır", - deyə "Anadolu" agentliyi Çavuşoğlunun sözlərindən sitat gətirib.
"Azərbaycan və Türkiyənin mövqeləri son dərəcə açıqdır, ona görə də, şübhəsiz ki, səmimi addımlar cavabsız qalmayacaq. Cənubi Qafqazda sülh və sabitlik üçün konkret addımlar vacibdir. Ermənistan mümkün qədər tez sülh sazişi imzalamalıdır", - türkiyəli nazir bildirib.