SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə Ermənistanı sülh sazişi imzalamağa və başqalarından mədət ummamağa çağırdı

© AP Photo / Emrah GurelТурецкий солдат держит трубу с турецким флагом, фото из архива
Турецкий солдат держит трубу с турецким флагом, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
Çavuşoğlu deyib ki, Azərbaycanla Türkiyə Şuşa Bəyannaməsinin imzalanması ilə rəsmən müttəfiq olublar və iki ölkənin birgə hərbi təlimləri başqalarını narahat etməməlidir.
BAKI, 14 dekabr - Sputnik. “Ermənistan Qərb və ya Şərq yönümlü ola bilər, biz buna müdaxilə edə bilmərik. Lakin normallaşma məsələsində Azərbaycan və Türkiyə səmimidir, Ermənistanın da səmimi addımlar atması lazımdır”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşünündən sonra azərbaycanlı jurnalistlərin suallarına cavab olaraq bildirib.
O qeyd edib ki, sülh sazişinin imzalanmasının vaxtı çatıb:
“Artıq gərginlik və təxribatlara ehtiyac yoxdur. Türkiyə olaraq da biz xüsusi nümayəndəmizi təyin etdik. Azərbaycanla koordinasiyalı şəkildə hava sahəmizi açmaq, karqo uçuşlarına icazə verməklə jest etdik. Başqalarından mədət ummağa ehtiyac yoxdur. Burada biz öz sülh və sabitliyimiz üçün effektiv addımlar atmalıyıq”.
Çavuşoğlu həmçinin qeyd edib ki, Azərbaycanla Türkiyə Şuşa Bəyannaməsinin imzalanması ilə rəsmi şəkildə müttəfiq olublar. İki ölkənin birgə hərbi təlimlər keçirməsi təbiidir və hər hansı bir ölkəyə qarşı deyil.
“Bu, iki müttəfiq, qardaş ölkə arasında əməkdaşlığın təbii nəticəsidir. İstər birgə təlimlər, istər hərbi sənaye və ya digər sahələrdəki əməkdaşlığımız davam edərək daha da güclənəcək”, - Türkiyə XİN rəhbəri vurğulayıb.
Xəbər lenti
0