https://sputnik.az/20221215/azerbaycan-11-ayda-ne-qeder-ve-hansi-istiqametde-qaz-ixrac-edib-449679667.html
Azərbaycan 11 ayda nə qədər və hansı istiqamətdə qaz ixrac edib
Azərbaycan 11 ayda nə qədər və hansı istiqamətdə qaz ixrac edib
Sputnik Azərbaycan
Azərbaycanda 2022-ci ilin 11 ayında 42,5 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur. 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T22:10+0400
2022-12-15T22:10+0400
2022-12-15T22:10+0400
neft-qaz
qaz
ixrac
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813325_0:159:3076:1889_1920x0_80_0_0_28f63bd80337d2cf7e4f446456268df3.jpg
BAKI, 15 dekabr - Sputnik. 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 20,1 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur, energetika naziri Pərviz Şahbazov Twitter-də yazıb. Bu dövr ərzində Azərbaycan Türkiyəyə 7,6 milyard, Gürcüstana 2,2 milyard, Avropaya isə 10,3 milyard kubmetr qaz ixrac edib. Nazir qeyd edib ki, Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə 5,2 milyard kubmetr qaz nəql olunub.Energetika Nazirliyinin rəhbəri bildirib ki, 2022-ci ilin 11 ayında Azərbaycanda 42,5 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur.Bundan əlavə, Şahbazov qeyd edib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 24 milyon ton və ya ölkədə hasil edilən neftin 80 faizini ixrac edib. "Operativ məlumatlara görə, bu ilin 11 ayında Azərbaycanda 29,8 milyon ton neft hasil edilib ki, bunun da 24 milyon tonu ixrac edilib", - nazirin məlumatında deyilir.
https://sputnik.az/20221214/almaniya-ve-diger-a-olkeleri-rusiyadan-qaz-almaga-davam-edir-449610872.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813325_174:0:2903:2047_1920x0_80_0_0_7b079036ad2e93f4155040786fc07f59.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qaz, ixrac, azərbaycan
Azərbaycan 11 ayda nə qədər və hansı istiqamətdə qaz ixrac edib
Azərbaycanda 2022-ci ilin 11 ayında 42,5 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.
BAKI, 15 dekabr - Sputnik. 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 20,1 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur, energetika naziri Pərviz Şahbazov Twitter-də yazıb.
Bu dövr ərzində Azərbaycan Türkiyəyə 7,6 milyard, Gürcüstana 2,2 milyard, Avropaya isə 10,3 milyard kubmetr qaz ixrac edib.
Nazir qeyd edib ki, Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə 5,2 milyard kubmetr qaz nəql olunub.
Energetika Nazirliyinin rəhbəri bildirib ki, 2022-ci ilin 11 ayında Azərbaycanda 42,5 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur.
Bundan əlavə, Şahbazov qeyd edib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 24 milyon ton və ya ölkədə hasil edilən neftin 80 faizini ixrac edib.
"Operativ məlumatlara görə, bu ilin 11 ayında Azərbaycanda 29,8 milyon ton neft hasil edilib ki, bunun da 24 milyon tonu ixrac edilib", - nazirin məlumatında deyilir.