Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Almaniya və digər Aİ ölkələri Rusiyadan qaz almağa davam edir

© AFP 2024 / ATTILA KISBENEDEKQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
Almaniyanın "ZDF" telekanalının məlumatına görə, Rusiyadan qaz əvvəlcə Belçikaya gedir, sonra isə xammal Almaniyaya daşınır.
BAKI, 14 dekabr — Sputnik. Almaniya və digər Avropa ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz (MTQ) almağa davam edir.
Bu barədə Almaniyanın "ZDF" telekanalı "Kiel Dünya İqtisadiyyatı İnstitutu"nun məlumatlarına istinadən xəbər verir.
"ZDF"in məlumatına görə, Rusiyadan qaz əvvəlcə Belçikaya gedir, sonra isə xammal Almaniyaya daşınır. Tədarüklərin həcmi ildə 5 milyard kubmetr qiymətləndirilir ki, bu da Almaniyanın MTQ-yə ümumi tələbatının 5-6%-ni təşkil edir.
"ICIS" enerji şirkətinin məlumatına görə, Avropa MTQ idxalının, demək olar ki, 13%-i Rusiya Federasiyasından gəlir. İlk növbədə Fransa, Niderland və Belçika qaz almağa davam edir.
Bundan əvvəl Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov, Avropada Rusiya qazından asılı olmamaq və ABŞ-dan MTQ tədarükünə bağlı olmaq istəyinin absurd həddə çatdığı ilə bağlı fikrini bildirmişdi.
Xəbər lenti
0