https://sputnik.az/20221214/qarabag-avropada-en-cox-qelebe-qazanan-komandalarin-siyahisinda-ikinci-pilleye-yukselib-449621741.html
"Qarabağ" Avropada ən çox qələbə qazanan komandaların siyahısında ikinci pilləyə yüksəlib
"Qarabağ" Avropada ən çox qələbə qazanan komandaların siyahısında ikinci pilləyə yüksəlib
Sputnik Azərbaycan
Cari mövsüm çempionatda heç bir məğlubiyyəti olmayan Qurban Qurbanovun kollektivi 17-ci matçında 15-ci qalibiyyətini əldə edib. 14.12.2022, Sputnik Azərbaycan
2022-12-14T23:22+0400
2022-12-14T23:22+0400
2022-12-14T23:22+0400
qarabağ fk
idman
futbol
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447442382_0:103:2000:1228_1920x0_80_0_0_7f60022d26487a9dd779301e8f79f4f9.jpg
BAKI, 14 dekabr — Sputnik. "Qarabağ" 2022-2023 mövsümündə davam edən ölkə çempionatlarında ən çox qələbə qazanan komandaların siyahısında 2-ci pilləyə yüksəlib."Report"un məlumatına görə, Azərbaycan çempionu Premyer Liqanın XVII turunda "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edərək, Avropanın ən yaxşı göstəricisinə malik ikinci komandasına çevrilib.Cari mövsüm çempionatda heç bir məğlubiyyəti olmayan Qurban Qurbanovun kollektivi 17-ci matçında 15-ci qalibiyyətini əldə edib. Ağdam təmsilçisi eyni statistikaya malik Belçika "Genk"i ilə 2-3-cü yerləri bölüşdürür.Siyahıya Serbiya klubu "Srvena Zvezda" başçılıq edir. "Qırmızı-ağlar" Serbiya Superliqasında keçirdiyi 19 qarşılaşmanın 17-də rəqiblərini məğlub edib."Böyük beşlik" ölkələrinin komandaları arasında daxili birincilikdə ən yaxşı göstərici PSJ (Fransa) və "Napoli"dədir (İtaliya). Parislilər Liqa1-də, neapollular isə A seriyasında keçirdikləri 15 görüşün 13-də qalibiyyətə seviniblər.1. "Srvena Zvezda" (Serbiya) – 19 oyun / 17 qələbə2-3. "Qarabağ" (Azərbaycan) – 17 / 15"Genk" (Belçika) – 17 / 154-5. "Olimpiya" (Sloveniya) – 20 / 15"Urartu" (Ermənistan) – 20 / 156-7. "Seltik" (Şotlandiya) – 15 / 14"Düdelanj" (Lüksemburq) – 15 / 148. MOİK (Sofiya, Bolqarıstan) – 18 / 149. "Larne" (Şimali İrlandiya) – 19 / 14
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447442382_114:0:1887:1330_1920x0_80_0_0_cbe4df5d24e7280091da32be44c88c3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ fk, futbol
"Qarabağ" Avropada ən çox qələbə qazanan komandaların siyahısında ikinci pilləyə yüksəlib
Cari mövsüm çempionatda heç bir məğlubiyyəti olmayan Qurban Qurbanovun kollektivi 17-ci matçında 15-ci qalibiyyətini əldə edib.
BAKI, 14 dekabr — Sputnik. "Qarabağ" 2022-2023 mövsümündə davam edən ölkə çempionatlarında ən çox qələbə qazanan komandaların siyahısında 2-ci pilləyə yüksəlib.
"Report"un məlumatına görə, Azərbaycan çempionu Premyer Liqanın XVII turunda "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edərək, Avropanın ən yaxşı göstəricisinə malik ikinci komandasına çevrilib.
Cari mövsüm çempionatda heç bir məğlubiyyəti olmayan Qurban Qurbanovun kollektivi 17-ci matçında 15-ci qalibiyyətini əldə edib. Ağdam təmsilçisi eyni statistikaya malik Belçika "Genk"i ilə 2-3-cü yerləri bölüşdürür.
Siyahıya Serbiya klubu "Srvena Zvezda" başçılıq edir. "Qırmızı-ağlar" Serbiya Superliqasında keçirdiyi 19 qarşılaşmanın 17-də rəqiblərini məğlub edib.
"Böyük beşlik" ölkələrinin komandaları arasında daxili birincilikdə ən yaxşı göstərici PSJ (Fransa) və "Napoli"dədir (İtaliya). Parislilər Liqa1-də, neapollular isə A seriyasında keçirdikləri 15 görüşün 13-də qalibiyyətə seviniblər.
1. "Srvena Zvezda" (Serbiya) – 19 oyun / 17 qələbə
2-3. "Qarabağ" (Azərbaycan) – 17 / 15
"Genk" (Belçika) – 17 / 15
4-5. "Olimpiya" (Sloveniya) – 20 / 15
"Urartu" (Ermənistan) – 20 / 15
6-7. "Seltik" (Şotlandiya) – 15 / 14
"Düdelanj" (Lüksemburq) – 15 / 14
8. MOİK (Sofiya, Bolqarıstan) – 18 / 14
9. "Larne" (Şimali İrlandiya) – 19 / 14