Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Vugar Hashimov Memorial 2022”nin reklamı ‘Times Square’də

© AFP 2023 / LUCAS BARIOULETŞahmat oyunu, arxiv şəkli
Şahmat oyunu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.12.2022
Abunə olmaq
SOCAR-ın dəstəyi ilə keçiriləcək turnirin təşkilatçıları Vüqar Həşimov Fondu, Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyidir.
BAKI, 10 dekabr - Sputnik. “Vugar Hashimov Memorial 2022”nin reklamı New Yorkda ən məşhur mərkəzlərdən biri olan ‘Times Square’də nümayiş olunub.
Qeyd edək ki, dekabrın 17-dən 24-dək Bakıda dahi şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Memorial-2022” superturniri keçiriləcək.
Sayca səkkizinci dəfə təşkil olunacaq turnir dairəvi sistem üzrə baş tutacaq, əsasən elit şahmatçılar mübarizə aparacaqlar.
Turnirdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Abdulla Qədimbəyli (hamısı Azərbaycandandır), Rixard Rapport (Rumıniya), Nadirbek Abdusattarov (Özbəkistan), Vanq Hao (Çin), Fransisko Valyexo (İspaniya), Samuel Şenkland (ABŞ) və Qukeş Domaraju (Hindistan) iştirak edəcəklər.
Turnirin təşkilatçıları Vüqar Həşimov Fondu, Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyidir. Tədbir SOCAR-ın dəstəyi ilə keçiriləcək.
Onu da əlavə edək ki, Həşimov Memorialı ikinci ildir ki, rapid və blits üzrə keçirilir və bu yaxınlarda isə turnir klassik vaxt nəzarəti ilə keçirilib. Turnir 17-24 dekabr tarixlərində Bakıda "Fairmont" hotelində keçiriləcək.
Xəbər lenti
0