Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Memarlar İttifaqının sədri kim oldu?

CC0 / Elbay Qasımzadə / Qorod jurnalıElbay Qasımzadə
Elbay Qasımzadə - Sputnik Azərbaycan, 1920, 09.12.2022
Abunə olmaq
Azərbaycan Memarlarının XX qurultayında quruma sədr seçilib.
BAKI, 9 dekabr — Sputnik. Bu gün Azərbaycan Memarlarının XX qurultayı keçirilib. Qurultayda mədəniyyət naziri Anar Kərimovla yanaşı, bir sıra mədəni-ictimai xadimlər iştirak edib.
Öncə qurultayda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına məktubunu oxuyub.
Müraciətdə deyilir ki, çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur. Sənətkarlarımızın klassik Şərq ənənə və prinsiplərinə sədaqətlə yaratdıqları misilsiz memarlıq inciləri dünya mədəni irsinin ayrılmaz hissəsi olaraq hər birimiz üçün qürur mənbəyidir. Bitkin kompozisiyalı bu abidələrin təbii və mədəni landşaftla unikal ahəngdarlığı heyranlıq doğurur.
Dövlətimizin başçısının müraciətində vurğulanıb ki, dövrün arxitektura üslublarını və milli memarlığın böyük təcrübəsini özündə birləşdirən uğurlu layihələr əsasında ötən müddət ərzində Azərbaycanda şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik qiymətli nümunələri meydana gətirilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə memarlıq və şəhər quruculuğu sahəsindəki yeni təzahürlər modern üslublu tikililərin və monumental komplekslərin dizayn həllində özünü qabarıq göstərmişdir.
Ardından çıxışlar başlayıb. Çıxışlar bitdikdən sonra Elbay Qasımzadə yenidən Memarlar İttifaqının sədri seçilib.
Президент РФ В. Путин принял участие в шестом Каспийском саммите - Sputnik Azərbaycan, 1920, 09.12.2022
SİYASƏT
Prezident Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciət edib
Xəbər lenti
0