https://sputnik.az/20221209/prezident-azerbaycan-memarlarinin-xx-qurultayinin-istirakcilarina-muraciet-edib-449454750.html
Prezident Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciət edib
Prezident Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciət edib
Sputnik Azərbaycan
Çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur. 09.12.2022, Sputnik Azərbaycan
2022-12-09T13:59+0400
2022-12-09T13:59+0400
2022-12-09T14:20+0400
prezident
siyasət
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1d/443494844_0:0:3131:1762_1920x0_80_0_0_db21c0bea3a4d08186d4f2593bcd978a.jpg
BAKI, 9 dekabr — Sputnik. "Qırx dörd günlük Vətən müharibəsində parlaq Zəfərin ardınca hazırkı ən ümdə hədəflərimiz – azad olunmuş əzəli yurdlarımızda bütün zəruri infrastrukturun sürətlə qurularaq həyatın dirçəldilməsi, xarabalığa çevrilmiş şəhərlərimizin, kəndlərimizin yenidən abadlaşdırılması və mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında da təxirəsalınmaz vəzifələr irəli sürür".Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciətində yer alıb.Müraciətdə deyilir:"Hörmətli qurultay iştirakçıları!Sizi Azərbaycan memarlarının XX qurultayının öz işinə başlaması münasibətilə ürəkdən salamlayır, hər birinizə cansağlığı və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.Çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur. Sənətkarlarımızın klassik Şərq ənənə və prinsiplərinə sədaqətlə yaratdıqları misilsiz memarlıq inciləri dünya mədəni irsinin ayrılmaz hissəsi olaraq hər birimiz üçün qürur mənbəyidir. Bitkin kompozisiyalı bu abidələrin təbii və mədəni landşaftla unikal ahəngdarlığı heyranlıq doğurur.Dövrün arxitektura üslublarını və milli memarlığın böyük təcrübəsini özündə birləşdirən uğurlu layihələr əsasında ötən müddət ərzində Azərbaycanda şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik qiymətli nümunələri meydana gətirilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə memarlıq və şəhər quruculuğu sahəsindəki yeni təzahürlər modern üslublu tikililərin və monumental komplekslərin dizayn həllində özünü qabarıq göstərmişdir.Qırx dörd günlük Vətən müharibəsində parlaq Zəfərin ardınca hazırkı ən ümdə hədəflərimiz – azad olunmuş əzəli yurdlarımızda bütün zəruri infrastrukturun sürətlə qurularaq həyatın dirçəldilməsi, xarabalığa çevrilmiş şəhərlərimizin, kəndlərimizin yenidən abadlaşdırılması və mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında da təxirəsalınmaz vəzifələr irəli sürür.İnanıram ki, aktual mövzularda geniş diskussiya və ətraflı fikir mübadiləsi aparılaraq, qurultayınızda qəbul ediləcək mühüm qərarlar ölkə memarlığının gələcək inkişafına öz töhfəsini verəcəkdir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1d/443494844_400:0:3131:2048_1920x0_80_0_0_bd19682c504e801122750576f346c16d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
prezident, prezident ilham əliyev
prezident, prezident ilham əliyev
Prezident Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciət edib
13:59 09.12.2022 (Yenilənib: 14:20 09.12.2022) Çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur.
BAKI, 9 dekabr — Sputnik. "Qırx dörd günlük Vətən müharibəsində parlaq Zəfərin ardınca hazırkı ən ümdə hədəflərimiz – azad olunmuş əzəli yurdlarımızda bütün zəruri infrastrukturun sürətlə qurularaq həyatın dirçəldilməsi, xarabalığa çevrilmiş şəhərlərimizin, kəndlərimizin yenidən abadlaşdırılması və mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında da təxirəsalınmaz vəzifələr irəli sürür".
Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciətində yer alıb.
"Hörmətli qurultay iştirakçıları!
Sizi Azərbaycan memarlarının XX qurultayının öz işinə başlaması münasibətilə ürəkdən salamlayır, hər birinizə cansağlığı və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur. Sənətkarlarımızın klassik Şərq ənənə və prinsiplərinə sədaqətlə yaratdıqları misilsiz memarlıq inciləri dünya mədəni irsinin ayrılmaz hissəsi olaraq hər birimiz üçün qürur mənbəyidir. Bitkin kompozisiyalı bu abidələrin təbii və mədəni landşaftla unikal ahəngdarlığı heyranlıq doğurur.
Dövrün arxitektura üslublarını və milli memarlığın böyük təcrübəsini özündə birləşdirən uğurlu layihələr əsasında ötən müddət ərzində Azərbaycanda şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik qiymətli nümunələri meydana gətirilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə memarlıq və şəhər quruculuğu sahəsindəki yeni təzahürlər modern üslublu tikililərin və monumental komplekslərin dizayn həllində özünü qabarıq göstərmişdir.
Qırx dörd günlük Vətən müharibəsində parlaq Zəfərin ardınca hazırkı ən ümdə hədəflərimiz – azad olunmuş əzəli yurdlarımızda bütün zəruri infrastrukturun sürətlə qurularaq həyatın dirçəldilməsi, xarabalığa çevrilmiş şəhərlərimizin, kəndlərimizin yenidən abadlaşdırılması və mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında da təxirəsalınmaz vəzifələr irəli sürür.
İnanıram ki, aktual mövzularda geniş diskussiya və ətraflı fikir mübadiləsi aparılaraq, qurultayınızda qəbul ediləcək mühüm qərarlar ölkə memarlığının gələcək inkişafına öz töhfəsini verəcəkdir".